“Az qaldı ki, Aytmatova missioner damğası vurulsun”x9d -MÜSAHİBƏ



Moderator.az dünya çapından tanınan yazıçı Çingiz Aytmatovun “Edam kötüyü”x9d əsəri barəsində romanın tərcüməçisi Vaqif Əlixanovla müsahibəni təqdim edir. Oxucular əsəri “Azərbaycan“ jurnalından, daha çox “Edam kötüyü”x9d adı ilə tanısalar da, tərcüməçi Aytmatovun bu romanını kitabsevərlərə “Qiyamət”x9d adı ilə təqdim edib:

“Natiq Səfərov dedi ki, bu əsər mənlik deyil”x9d

- Vaqif müəllim, necə oldu ki, bu romanı tərcümə etmək fikrinə düşdünüz?

- Çingiz Aytmatovun “Qiyamət”x9d romanı dərin fəlsəfəsi olan bir əsərdi. SSRİ və dünya miqyasında “Edam kötüyü”x9d adı ilə tanınır. Amma qırğız ədəbiyyatının özündə “Qiyamət”x9d adlanır. Fikrimcə, keçmiş sovet ədəbiyyatında o cür fəlsəfi yükdə, ağırlıqda olan ikinci bir əsər yoxdu. Çünki o dövrün rus nəsri əsasən realist istiqamətdə inkişaf edirdi. Kənd prozası, şəhər prozası orada əsas yaradıcı xətt idi. Bu əsərdə təsvir olunan təbiət-insan probleminə bircə Valentin Rasputində rast gəlmək olardı. Əsəri 1990-cı ildə tərcümə etmişəm. Rəhmətlik Natiq Səfərov “Azərbaycan”x9d jurnalında tərcümə şöbəsinin rəhbəri idi. Mənə bu işi o tapşırdı. Dedi, əvvəlcə istədim özüm tərcümə edim, amma ilk abzasını oxudum, gördüm ki, mənlik deyil.

- Natiq Səfərov da çox peşəkar və istedadlı tərcüməçi idi. O, nəyi əsas gətirərək əsəri özü tərcümə etmədi və bunu sizdən xahiş etdi?

- Natiq Səfərov çox böyük tərcüməçi idi. Hər halda onun da bildiyi nəsə var idi. Əsərdəki həm kənd, həm şəhər üslubu, oradakı dərin fəlsəfi qat üst-üstə qalanmışdı. O da, yəqin, bunları nəzərə alaraq, romanın tərcüməsini mənə tapşırmışdı.

- Romanın adı ilə bağlı bir neçə versiya var: “Edam kötüyü”x9d, ”x9dQiyamət”x9d, “Dişi qurdun röyası”x9d. Türklər də onu “Dar ağacı”x9d kimi tərcümə edib. Sizcə, əsərin adı ilə bağlı fikir müxtəlifliyi nədən qaynaqlanır?

- Aytmatovun bu romanında bir neçə süjet xətti var. Əsərin süjet xətti Bulqakovun “Ustad və Marqarita”x9d, Yusif Səmədoğlunun “Qətl günü”x9d, romanının strukturu ilə eynidir. Yəni, burada roman içində roman mexanizmindən istifadə olunub. Bulqakovda da elədir: İncil motivləri ilə yanaşı, Ustad və Marqarita xətti də paralel gedir. Bu struktur birinci Bulqakovdan başlayıb və Aytmatov da ondan istifadə edib. Şəxsən mənə qalsa, “Qiyamət”x9ddə dini motivli Avdi Kallistratov - xaçpərəst dünyasından gələn istiqamət yox, canavarlarla bağlı süjet xətti daha mükəmməldir. O xətt sadəcə olaraq dahiyanə təsvir edilib. Türklərdə adı “Dar ağacı”x9d kimi tərcümə olunub, bizdə də uzun müddət “Edam kötüyü”x9d kimi bilinib. Belə bir fikir var ki, hər bir insan vaxtı yetişdiyi məqamda başını cəllad kötüyünün üstünə qoymalı olur. Yəni hesabat verir. Bu məntiqlə yanaşanda romanın adının “Dar ağacı”x9d, “Edam kötüyü”x9d olması heç də yanlış deyil. Aytmatov, düşünürəm ki, romanın adında da xaçpərəstliyə meyil edib. “Plaxa”x9d adını seçməklə dünya oxucusunu nəzərə almağa çalışıb. Nobel mükafatı üçün cəhd göstərib. Sonradan yazdığı “Kassandra damğası”x9d də bu cəhdin ardı idi.

- Deməli, sizcə, “Qiyamət”x9ddə və “Kassandra damğası”x9dndakı xristianlığa aid dini motivlər sırf Nobel üçün edilən cəhdlər idi?

- Məncə, elə idi. Bunlar eyni zamanda bəşəri motivlərdi. Amma mənə elə gəlir ki, həm də eyni zamanda yazıçı bicliyidi. Amma onu da deyim ki, Aytmatov hələ o əsərləri yazmazdan əvvəl Nobel mükafatına layiq idi. Hələ “Bəyaz gəmi”x9d povesti çıxanda mən kinostudiyada işləyirdim. Bir seminara getmişdik. Orada qadağan olunmuş filmlərdən də bəhs olunurdu. Qırğızların baş redaktoru dedi ki, isveçlilər Aytmatov haqqında sənədli film çəkirlər. Bu yaxınlarda ona Nobel mükafatı verəcəklər. Amma bu, baş vermədi. “Əlvida, Gülsarı”x9d povestinə görə

SSRİ ona Dövlət Mükafatı verdi. Ardıyca da, Sosialist Əmək Qəhrəmanı adına layiq gördü və bununla da Nobel söhbətləri bağlandı.

“Bu tərcüməmlə bağlı tərifə ehtiyacım var idi”x9d

- “Qiyamət”x9di sizin tərcümənizdə oxumuşam. Burada dialekt sözlər və şivələrdən çox istifadə olunub. Sizcə, dialekt sözlərdən izafi istifadə oxucu kütləsi üçün çətinlik yaratmır ki?

- Belə düşünmürəm. İri çayların hamısı onlara gəlib tökülən sısqa çayların, kiçik qolların hesabına formalaşır. Dialekt sözlər də burada həmin kiçik çayların rolunu oynayır, dili zənginləşdirir. Mən tez-tez kitab mağazalarına gedirəm və Azərbaycan dilinə tərcümə olunan kitablarla maraqlanıram. Əksər tərcümələr bərbad haldadı. Hamısı bir-birinə oxşayır. Yaxşı olar ki, bütün tərcümələr orijinaldan edilsin. Orijinaldan edilmədiyinə görə, xeyli nöqsanlar meydana çıxır. Gözüm yemədiyi yeganə yazıçı Platonovdu. O, tərcüməyə gəlmir. Amma Platonov xüsusi yanaşma ilə tərcümə olunmalıdı.

“Qiyamət”x9d romanını mən 1990-cı ildə tərcümə etmişəm. Bir-iki dəfə eşitmişəm ki, heç tanımadığım adamlar o tərcümənin adını çəkib, bəyəndiklərini deyib. Bir dəfə də rəhmətlik Arif Əmrahoğlu mənim tərcüməmin adını çəkdi. İclasda durdu dedi ki, o boyda əsəri Vaqif ustalıqla tərcümə edib. Çox təriflədi. Ondan sonra mən bu tərcüməmlə bağlı tərif eşitməmişəm. Halbuki mənim buna ehtiyacım var idi. Pislə yaxşıya qiymət verilməlidir.

- Siz tərcümənizin adını “Qiyamət”x9d qoymusuz. Aytmatovun qiyamətinin mahiyyəti nədən ibarətdir?

- Aytmatov onu dahiyanə fikirləşib. İnsan Yer üzünə həm də təbii fəlakət kimi gəlir. Hər bir insan potensial olaraq təbii fəlakət mənbəyidir.

Buradakı insan, fəlakətin yaradıcısıdır. Planı doldurmaq üçün təbiəti, sayqakları qırır, qarşısına çıxan hər şeyi məhv edir. Amma bu gün təbiət

də öz intiqamını alır. Dünyanı su basır, başqa fəlakətlər çoxalır, sonrası necə olacaq? Bunu heç kəs bilmir.

- Deməli, Aytmatovun “Qiyamət”x9dini nə zamansa baş verəcək qiyamətin ismarıcı kimi anlaya bilərik?

- Bəli! Haqlısız! O da Çingiz Aytmatovun bizlərə ismarıcıdır. Bu gün qütblərdə buzlar əriyir. Nüvə silahının sınaqları atmosferi zəhərləyir. Ötən il Moskvada 40 dərəcə isti oldu. Mən orada üç il hərbi xidmətdə olmuşam. 20 dərəcə isti olanda torf meşələrinin iyindən dayanmaq olmurdu. İndi görün, 40 dərəcədə necə olur?! Bütün iqlim dəyişir. İnsan təbii fəlakət mənbəyi olandan sonra yavaş-yavaş öz sonunu da hazırlayır. Oradakı canavar obrazları - Ağbərə ilə Daşçeynərin həyatı insan üçün əsl nümunədir.

- Aytmatov romandakı canavar və insan münasibətlərində İlahi ədalət fenomenini necə təsvir edib?

- İlahi ədalətin tərənnümü çox uğurlu alınıb. Romanda yalançı sovet ideologiyası yoxdu. Reallıq necədirsə, o cür də təsvir olunub. Aytmatov canavar və insan qarşıdurmasında ikincinin getdiyi yolun konturlarını cızır. Yəni ki, ay insan, sən bu fəlakətə doğru gedirsən!

“Aytmatov bəzi məqamlarda Bulqakovu təkrarlayıb”x9d

- Xristian mifologiyası ilə qədim türkün xilas totemi olan canavar xəttinin sintezi əsərdə nə dərəcədə uğurlu alınıb?

- Məncə, xristian mifologiyasının təbliğinə aid olan Avdi Kallistratov xətti romanda, sadəcə, bir yamaqdı. Yazıçı bununla, guya bəşəri ideyaya xidmət etmək istəyib. Bəşəri ideyanın təsviri üçün canavarlar bəs idi. Həm o canavarlar - Ağbərə və Daşçeynər, onların yaşadığı və ölüm-dirim mücadiləsi apardığı çöl bəşəri ideyanın təsviri üçün bəs edirdi. Çölün öz poetikası, musiqisi, ritmi nəyə desən dəyərdi. Əsərdəki xaçpərəst xətti, təəssüf ki, bu cür gözəl təsvirlərə yamaqlandı.

- Biz ikinci süjet xəttini çölün poetikasına xəyanət kimi anlaya bilərik?

- Mənə qalsa, bəli! Amma, təbii ki, o da böyük yazıçıdı. İndi belə yazıbsa, deməli, bu cür görüb. Amma mən düşünürəm ki, o xətt Aytmatovdan kənardı. Aytmatovun düşüncəsindən, milli yaddaş sistemindən qıraqdadır. Amma nə üçünsə yazıb. Əsərdəki Ponti Pilat, İsa Məsih xətti Aytmatovun düşüncə tərzinə yaddı. Həm də ki, bunları Bulqakov yazıb da. O, yeni bir şey eləməyib. Bulqakovun strukturunu təkrarlayıb. Bulqakovdakı Ponti Pilat mənə daha xoş gəlir. Çünki onun Ponti Pilatı orijinal idi.

“Aytmatov Avropanın xoşuna gəlmək istəyib”x9d

- Romanda bütün dinləri eyni həqiqət altında toplamaq meyli var. Amma buna baxmayaraq, Avdi ölən zaman köməyə qurdu çağırır...

- ...Bir daha təkrar edirəm: Oradakı xaçpərəst xətti əsərin ümumi məzmununa yamaqdı. O süjet xətti romanın ümumi qayəsinə yapışmır. Amma yazıçı nə üçünsə edib bunu. Yəqin Avropanın xoşuna gəlmək istəyib (gülür).

- Əsərdə xristianlıq xətti qabarıq təsvir olunub. Hətta Türkiyədə bu əsər tərcümə olunanda xristianlığın təbliği kimi etirazla qarşılandı. Az qaldı ki, Aytmatova missioner damğası vurulsun...

- ...Bu, dar düşüncənin göstəricisidir. Bütün peyğəmbərlər bizimdi, hamımızındı. Qurani-Kərimdə də, görün, neçə dəfə İsanın adı çəkilir. Çox təəssüf ki, bu, orada etirazla qarşılanıb. Bunu yalnız dar düşüncə ilə əlaqələndirmək olar. Heç başqa şeylərə etiraz etmirlər, amma İsaya etiraz edirlər. Bu, bəşəri ideyadır. İnsanlar Puşkin muzeyində kilsə xorunu necə dinləyirlərsə, mən də özümü orada, o musiqinin sədaları altında hiss edə-edə romanı tərcümə etdim. Türkiyədə tanınmaq üçün gərək Avropadan fırlanıb gələsən. Vaxtilə Araqon “Cəmilə”x9d povestini tərcümə etməsəydi, Aytmatov heç Türkiyədə məşhurlaşmazdı. Nə

danışırlar, missioner nədir?! Aytmatova məgər Türkiyə lazım idi?! Sadəcə, onu Türkiyəyə ruhu, ürəyi, yaddaşı çəkirdi. Yaddaşın dəhşətli cazibə gücü var.

- Yaddaşın bu cazibə gücü Aytmatova bir yazıçı kimi nə qazandırdı?

- Aytmatovun bütün əsərlərində mifoloji qat güclü idi. Mif elə onun bədənində yerləşmişdi. Bütün əsərləri ruhundakı miflərdən axıb gəlirdi. Bu, ona bir yazıçı və bir şəxsiyyət kimi çox şey qazandırdı.

Elmin Nuri, “Aydın Yol”x9d qəzeti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İntellektual gömrük” informasiya sistemi YARADILDI

“İntellektual gömrük” informasiya sistemi YARADILDI

Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

Latviyada rus dili ilə bağlı SƏRT QADAĞA

Latviyada rus dili ilə bağlı SƏRT QADAĞA

82 yaşlı "Firdevs hanım"ın son halı – FOTO

82 yaşlı "Firdevs hanım"ın son halı – FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO

Azərbaycanda 2025-2026-cı tədris ilində neçə məktəb təmir olunub?

Azərbaycanda 2025-2026-cı tədris ilində neçə məktəb təmir olunub?

Ceyhun Bayramov Qdanskda Azərbaycanın Ukraynaya davamlı humanitar yardımından DANIŞDI – FOTO

Ceyhun Bayramov Qdanskda Azərbaycanın Ukraynaya davamlı humanitar yardımından DANIŞDI – FOTO

Ukrayna PUA-ları Rusiyada benzinin qiymətini rekord sürəti ilə bahalaşdırdı – VİDEO

Ukrayna PUA-ları Rusiyada benzinin qiymətini rekord sürəti ilə bahalaşdırdı – VİDEO

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi – SİYAHI

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi – SİYAHI

Bu gecə Türkiyə sonuncu oyununa çıxacaq

Bu gecə Türkiyə sonuncu oyununa çıxacaq

Müğənni Aqşin Fatehin restoranı bağlandı - FOTO

Müğənni Aqşin Fatehin restoranı bağlandı - FOTO

Kinburn yarımadasında Ukrayna bayrağı ucaldıldı – VİDEO

Kinburn yarımadasında Ukrayna bayrağı ucaldıldı – VİDEO

Ərdoğan 2028-ci ildə prezidentliyə namizəd ola bilər - RƏSMİ

Ərdoğan 2028-ci ildə prezidentliyə namizəd ola bilər - RƏSMİ

Əməkdar artist xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq – FOTO

Əməkdar artist xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq – FOTO

Dağıntılar altında qalan şəxslər belə xilas edildi - VİDEO

Dağıntılar altında qalan şəxslər belə xilas edildi - VİDEO

"Gül kələmi" yükündə 90 kq-dan çox marixuana aşkarlandı – FOTO/VİDEO

"Gül kələmi" yükündə 90 kq-dan çox marixuana aşkarlandı – FOTO/VİDEO

Ərşad Hüseynov: “Piyada ölümlərinin əsas səbəbi küçələrin yetərincə işıqlandırılmamasıdır”

Ərşad Hüseynov: “Piyada ölümlərinin əsas səbəbi küçələrin yetərincə işıqlandırılmamasıdır”

SON DƏQİQƏ! Hüseyn Quliyev səfir vəzifəsindən GERİ ÇAĞIRILDI

SON DƏQİQƏ! Hüseyn Quliyev səfir vəzifəsindən GERİ ÇAĞIRILDI

Prezidentdən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə bağlı FƏRMAN

Prezidentdən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə bağlı FƏRMAN

Trampın tərəfdarı Kolumbiyada yeni prezident kimi TƏSDİQLƏNDİ

Trampın tərəfdarı Kolumbiyada yeni prezident kimi TƏSDİQLƏNDİ

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Fransa Rusiyanın “kölgə donanması”na aid gəmini belə saxladı – ANBAAN VİDEO

Fransa Rusiyanın “kölgə donanması”na aid gəmini belə saxladı – ANBAAN VİDEO

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

End of content

No more pages to load

RADİO