"Deyəsən, siz məni 50 minə toya gətirib, toydan sonra da 1 milyon verib..."


Moderator.az daima qalmaqallı açıqlamaları və açıq-saçıq geyimləri ilə gündəmə gələn müğənni Afaq Aslanlaxa0xa0müsahibəni təqdim edir:

- Niyə daha çox qalmaqallı müğənni kimi tanınırsınız?

- Ona görə ki, məni gözü götürməyənlər həddindən artıq çoxdur. Afaq yekə bir daş olub hamısının təpəsinə düşüb. Məni rəqib görənlər həddindən artıq çoxdur, amma mən heç kimi xa0özümə rəqib görmürəm.

- Həmçinin ifanızdan daha çox açıq-saçıq geyimlərinizlə gündəmə gəlirsiniz...

- xa0Əslində mahnılarım da çoxdur, yetəri qədərdir. Açıq-saçıqlığa gəldikdə isə burada nə var ki? Hansısa geyimin mənə yaraşdığını görürəm və geyinirəm. Deməli, mənim xarici görkəmim insanlarda daha çox maraq yaradır.

- Bəs ailəniz açıq-saçıq geyinmənizə nə deyir?

- Onlar bunu normal qarşılayırlar. Balaca vaxtından ürəyim istəyəni geyinirən, məni belə görməyə alışıblar. Ancaq kim bilir, bir də gördünüz ki, Afaq çadraya keçdi. (gülür)

- Sizdən hansısa xəbər verəndə saytların istifadə etdiyi fotonuz qar qız obrazındakı foto idi. Qar qız “Şaxta babanı”x9d tapa bilbmi?

- “Şaxta baba”x9d məni tapdı desək daha doğru yanaşmış olarıq. Mən şaxta babaların arzusunda olan qar qızam.

- “Şaxta baba”x9d nəçidir?

- Biznesmendir.

- Sevgililəriniz əsasən hansı peşənin sahibi olurlar?

- Əlbəttə ki, biznesmen. Özlərinin şəxsi biznesləri olur...

- Bəs sənətçilərdən sizinlə sevgili olmaq istəyən olub?

- Nəinki sevgili, hətta evlilik təklifi edən belə olub. Bunlardan əlavə məmurlardan da az sevgi təklifi gəlmir. Neçəsi qapımda gözləyib. Yüksək rütbəlilər və məmurların maraq dairəsində olan biriyəm. Çoxlarının arzuladığı, lakin onlar üçün əlçatmaz olan biriyəm.

- Bu qədər biznesmen sevgilin olub. Arzulayıb həyata keçməyən arzunuz varmı?

- Şəxsi təyyarəmin olması ən böyük arzumdur. Hansısa xarici ölkəyə uçanda hər kəslə birgə uçmayım, adiləşməyim deyə”¦

- Nədən ehtiyatlanırsınız?

- Çevrəmdən daima ehtiyat etmişəm. Hər kəsə dost demərəm. xa0Arxadan çox vurulmuşam. Elə insandan elə bir zərbə görürsən ki, dəhşətə gəlirsən. Müğənni tayfası ilə dostluq etmək olmaz.

- Müsahibələrinizin birində yalnız Burak Özçivitlə erotik filmə çəkilmək istədiyinizi demişdiniz”¦

- O mənim ideal kişi obrazımdır. Burak Özçivitlə bütün erotik səhnələrə belə çəkilərəm. Ancaq ondan başqası ilə heç vaxt”¦

- İdelal kişi obrazı dedikdə nəyi nəzərdə tutursuz?

- İdela kişi odur ki, xanımını ovucunun içində saxlamağı bacarmalıdır. Mənim kimi adamın yükünü qaldırmaq elə də asan deyil. Sevdiyim insan məni hər şeylə təmin etməyəcəksə, o zaman nəyimə lazımdır? Həyatımda sevmədiyim insan olub, inanın ki, mənə xa0yalvarıb. Deyib, sənə ev alıram, maşın alıram, obyekt hədiyyə edirəm, ürəyin istəyən hər şeyi verirəm sadəcə mənə “hə”x9d de. Yox demişəm ona...

- Neçə dəfə sevmisiniz?

- Beş-altı dəfə... İlk sevdiyim şəxslə də evləndim.

- Münasibətiniz pis olduğu müğənnilər var?

- Var, hətta elə müğənni var ki, eyni efirə çağırıblar, ağlaya-ağlaya çıxıb deyib ki, mən Afaqla eyni efirə çıxmaq istəmirəm.

- Yaradıcılığınızın ikinci planda qalmasına səbəb nədir?

- Xarici görkəmim ifamı geridə qoyur. Yeni mahnılar, yeni layihələr üzrə işləyirəm, ancaq sabah bu mahnılarla, layihələrlə yanaşı bir fotosessiya etdirsəm, mahnılarım kənarda qalacaq, hamı bu fotolardan danışacaq. Onu da deyim ki, bu sənətə başlayanda hobbi olsun deyə başlamışdım.

- 1 milyona soyunaram demişdiniz. Yəqin ki, 50 minə də toya gedərsiz...

- Niyə də yox... Deyəsən, siz məni 50 minə toya gətirib, toydan sonra da 1 milyon verib soyundurmaq istəyirsiz. (gülür)

- Toylara çox getmirsiniz, çağıran yoxdur?

- Müğənni əlçatmaz olmalıdır. Hər pulu olan müğənnini gətirib toyunda oxutmamalıdır. Mənim anlayışım belədir. Toylara demək olar getmirəm. Az-az gedirəm və onları da özümü seçirəm. Toya neçəyə getdiyimi isə demək istəmirəm.


- Yaxın gələcək üçün planlarınız necədir?

-Yeni mahnılar, layihələr üzərində çalışıram. Yaxın günlərdə partlayış edəcəyəm. Ümumi olaraq soruşursunuzsa, Türkiyə şou-biznesinə qatılmaq fikrim var. Həm də orada biznes qurmaq istəyirəm.

- Gözəlliyinizə vurğunsunuz, bəs özünüzü 50 yaşında necə təsəvvür edirsiniz, bu sizdə kompleks yaradırmı?

- Mən 50 yaşından da daha tez bu sənətdən gedəcəyəm. “Biznes ledi”x9d olacam. Əslində restoranım var idi. Amma alınmadı, bağladım. Çox ziyana düşdüm...(ölkə.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

Tiktoker insan alverinə görə HƏBS olundu

Tiktoker insan alverinə görə HƏBS olundu

Xurmanın saymaqla bitməyən FAYDALARI

Xurmanın saymaqla bitməyən FAYDALARI

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Yaz üçün ən faydalı vitamin hansıdır?

Yaz üçün ən faydalı vitamin hansıdır?

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

End of content

No more pages to load

RADİO