Yevlax-Bərdə yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, sürücü bir neçə dəfə əks yola çıxıb və qəza şəraiti yaradıb.
O daha sonra öz yolu ilə gedən digər avtomobilə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin hadisəni törədən sürücünün şəkərli diabetdən əziyyət çəkdiyi və sükan arxasında səhhətinin pisləşməsi səbəbindən qəzanın baş verməsi məlum olub.
Bizim.Media