Göyçayda güclü külək ağacları avtomobilin və evin üzərinə aşırdı – VİDEO

Göyçay rayonunda hava şəraitinin qəfil dəyişməsi nəticəsində güclənən külək axşam saatlarında rayon ərazisində bir sıra fəsadlara səbəb olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, qısa müddətdə sürətini artıran güclü külək rayonun müxtəlif küçə və ərazilərində iri və xırda gövdəli ağacların aşmasına, bəzi ərazilərdə isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olub.
 

Ən ciddi hadisələrdən biri rayonun Nizami küçəsində baş verib. Belə ki, iri gövdəli çinar ağacı rayon sakini, 1976-cı il təvəllüdlü Mirzəliyev Mahir Əlibayram oğluna məxsus 99-DD-803 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobilinin üzərinə aşıb.


Ağacın yolun hərəkət hissəsinə düşməsi səbəbindən həmin ərazidə avtomobillərin hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə dərhal yol polisi əməkdaşları, eləcə də Göyçay Şəhər Təsərrüfatı Birliyinin işçiləri cəlb olunub. Xüsusi texnikaların köməyi ilə aşmış ağac hissələrə bölünərək ərazidən götürülüb.

Güclü küləyin törətdiyi digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
 

Burada iri gövdəli ağac rayon sakininə məxsus fərdi yaşayış evinin hasarının üzərinə aşaraq hasarda ciddi dağıntılar əmələ gətirib.


Eyni zamanda güclü külək rayonun bir neçə ərazisində elektrik xətlərinə və yaşıllıqlara da ziyan vurub. Aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazilərdə təhlükəsizlik tədbirləri görülür, aşmış ağacların yollardan və yaşayış məntəqələrinin ətrafından götürülməsi istiqamətində işlər davam etdirilir.





Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pul dərhal yoxa çıxır: tez-tez borc içində olan BÜRCLƏR

Pul dərhal yoxa çıxır: tez-tez borc içində olan BÜRCLƏR

Alidə Hüseynova dünyasını dəyişdi

Alidə Hüseynova dünyasını dəyişdi

“Qarabağ”ın iki futbolçusu milliyə çağırıldı

“Qarabağ”ın iki futbolçusu milliyə çağırıldı

Güclü külək Oğuzda da fəsadlar törətdi: İrigövdəli ağac aşaraq elektrik naqillərini qırdı

Güclü külək Oğuzda da fəsadlar törətdi: İrigövdəli ağac aşaraq elektrik naqillərini qırdı

Almaniya Kansleri: “Biz NATO ərazisini müdafiə etməyə hazırıq”

Almaniya Kansleri: “Biz NATO ərazisini müdafiə etməyə hazırıq”

Göyçayda güclü külək ağacları avtomobilin və evin üzərinə aşırdı – VİDEO

Göyçayda güclü külək ağacları avtomobilin və evin üzərinə aşırdı – VİDEO

Yumurtaları harada saxlamaq lazımdır?

Yumurtaları harada saxlamaq lazımdır?

“Şamaxı”da növbəti ayrılıq

“Şamaxı”da növbəti ayrılıq

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib - FOTO

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib - FOTO

Bakıya və Abşerona dolu yağa bilər – RƏSMİ XƏBƏRDARLIQ

Bakıya və Abşerona dolu yağa bilər – RƏSMİ XƏBƏRDARLIQ

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna iri gövdəli ağac aşdı – VİDEO

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna iri gövdəli ağac aşdı – VİDEO

Qəbələdə leysan və dolu yağıb – FOTO

Qəbələdə leysan və dolu yağıb – FOTO

“Beşiktaş” ispaniyalı futbolçunu transfer etmək istəyir

“Beşiktaş” ispaniyalı futbolçunu transfer etmək istəyir

İyun ayının ən uğurlu günləri açıqlandı — Bu tarixlərə diqqət!

İyun ayının ən uğurlu günləri açıqlandı — Bu tarixlərə diqqət!

TƏCİLİ! Bakıda güclü külək ağacı avtomobilin üzərinə AŞIRDI – FOTO/VİDEO

TƏCİLİ! Bakıda güclü külək ağacı avtomobilin üzərinə AŞIRDI – FOTO/VİDEO

“Kəpəz” kapitanı ilə müqavilə imzaladı - FOTO

“Kəpəz” kapitanı ilə müqavilə imzaladı - FOTO

3-cü dəfə ailə quran Rəvan özünə TOY ETDİ - VİDEO

3-cü dəfə ailə quran Rəvan özünə TOY ETDİ - VİDEO

Bu şəhərdə işləyənlər saatda 40 dollar qazanacaq

Bu şəhərdə işləyənlər saatda 40 dollar qazanacaq

Polşaya ilk "F-35" qırıcıları təhvil verildi – FOTO

Polşaya ilk "F-35" qırıcıları təhvil verildi – FOTO

Ayaqqabını paltaryuyanda yumaq olarmı?

Ayaqqabını paltaryuyanda yumaq olarmı?

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Qaxda yağışdan sonra möhtəşəm GÖY QURŞAĞI – FOTO/VİDEO

Qaxda yağışdan sonra möhtəşəm GÖY QURŞAĞI – FOTO/VİDEO

Ferrari-nin bu modelini Roma Papası özü sınadı

Ferrari-nin bu modelini Roma Papası özü sınadı

Ərdoğanın çıxışı zamanı səhnəyə çıxan daun sindromlu uşaq təsirli anlar yaşatdı – VİDEO

Ərdoğanın çıxışı zamanı səhnəyə çıxan daun sindromlu uşaq təsirli anlar yaşatdı – VİDEO

End of content

No more pages to load

RADİO