“Bu gün dünyada məskunlaşma ilə bağlı baş verən böhran təkcə binalarla bağlı deyil, bu, insanların təhlükəsizliyi və imkanlara çıxışlarının əlçatan olması ilə bağlıdır. Birbaşa iqlimlə bağlı olan bu məsələ gələcək dayanıqlığı da ehtiva edir. Ona görə də Ümumdünya Şəhərsalma Forumu olduqca vacibdir.”
Bizim.Media xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib.
Bizim.Media