Bakıda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.
Bizim.Media "milli.Az"a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən "Tempo Baku" restoranının qarşısında baş verib.
Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə baş verib və daha sonra mübahisə davaya çevrilib.
Tərəflər bir-birlərinə xəsarətlər yetiriblər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində sərxoş halda ictimai asayişi pozan şəxslərin şəxsiyyətləri polis əməkdaşları tərəfindən müəyyən edilib. Hazırda faktla bağlı zəruri prosessual araşdırmalar davam etdirilir.
Bizim.Media