İsrail Müdafiə Ordusu İranın infrastrukturuna qarşı yeni genişmiqyaslı zərbələr dalğası barədə bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat çərçivəsində SEPAH-ın Divandar şəhərindəki bazalarına zərbələr endirilib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media