Könül Kərimovanın evi saxta sənədlə başqasına SATILDI

Bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq edildiyi, eləcə də müğənni Könül Kərimovanın adının da hallandığı cinayət işində təqsirləndirilən şəxslər - Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

Bizim.Media "Unikal.az"a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, hər iki təqsirləndirilən şəxs vətəndaşların etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyinden istifadə etməklə ələ keçirib və hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrar saxtalaşdırmış və qanunsuz hazırlayıblar.
 

İttiham aktında göstərilib ki, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46 saylı ünvanda yerləşən "ARAZ T.İ" MMC-nin binasında olan 156 kv olan 126 nömrəli mənzilin Sakit Məmmədova məxsus olmasına və həmin mənzillin müqavilə və maliyyə arayışının onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına olmasına baxmayaraq, həmin mənzili icazəsiz etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib.


Belə ki, 2011-ci il avqustun 13-də Yasamal dakı Hüseyn Cavid prospekti, 48 saylı ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən "ARAZ T.İ" MMC-nin ofisinde Elbrus Həsənova 156 min manat müqabilində qanunsuz satıb və həmin mənzili onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da o, Sakit Məmmədova küli miqdarda, yəni 156 min manat məbləğində ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa, Mübariz Məmmədov "Hüquq-Ekspertiza Mərkəzi" MMC-nin rəhbəri olduğu müddət ərzində təkrarən tanışı Bəhram Abbasovun övladı Bəsrət Abbasovun təsisçisi olduğu "Konstra" MTK-nın müxtəlif müştərilərə dəyərindən ucuz qiymətə və qanunsuz satılmış mənzillərini həmin şirkətə geri qaytaracağı ve mənzillərin satıldığı şəxslərə pulları geri ödəyəcəyi ilə bağlı hüquqi xidmətlər göstərəcəyi adı ilə yalan vəd verməklə 408 min, eyni zamanda "Konstra" MTK-nın layihə sənədlərinin hazırlanmasını və həmin sənədlərin dövlet ekspertizasında təsdiq edilməsini təşkil edəcəyinə dair yalan vəd vermeklə 175 min, ümumilikde 583 min manat pul vəsaitini ələ keçirib təkrar dəleduzluq edib.

O, bundan başqa, digər təqsirləndirilən şəxs olan tanışı Elçin Bağırovla faktiki olaraq mövcud olmayan mənzilləri satmaq adı ilə müştərilər tapmağı və saxta müqavilələr və maliyye arayışları hazırlamağı, müştərilərə guya ev satdıqları barədə görüntü yaradıb onları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini almağı razılaşıblar.

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Kərimova Qəmbər qızına məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.
 

Bundan başqa, M.Məmmədov "ARAZ T.P" MMC-nin binasında olan 156.85 kv-lıq 20 nömrəli mənzil Məhəmməd Süleymanova məxsus olmasına baxmayaraq, həmin mənzili Təbriz Qədirovun anası Gülsarə Qədirovanın adına saxta sənəd hazırlayaraq 163 min manata satıb.


Qeyd edək ki, Mübariz Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), Elçin Bağırova isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lavrov Zelenskini "fürer" adlandırdı

Lavrov Zelenskini "fürer" adlandırdı

Xankəndidə iki nəfər HƏBS OLUNDU

Xankəndidə iki nəfər HƏBS OLUNDU

Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

Türkiyə klubu Yankoviç üçün nə qədər pul TƏKLİF EDİB?

Türkiyə klubu Yankoviç üçün nə qədər pul TƏKLİF EDİB?

Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO

Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

300 əmlakı var, kirayədən aylıq bu qədər qazanır

300 əmlakı var, kirayədən aylıq bu qədər qazanır

SON DƏQİQƏ! İmişlidə ticarət obyektində yanğın – VİDEO

SON DƏQİQƏ! İmişlidə ticarət obyektində yanğın – VİDEO

İrəvan meriyasında əlbəyaxa dava: "Plastik butulkalar" işə düşdü – VİDEO

İrəvan meriyasında əlbəyaxa dava: "Plastik butulkalar" işə düşdü – VİDEO

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində - FOTO

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində - FOTO

Temperatur 54 dərəcəni keçəcək – Bu yay “yer-göy qovrulacaq”

Temperatur 54 dərəcəni keçəcək – Bu yay “yer-göy qovrulacaq”

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək

Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Litva hökuməti istefa VERDİ

Litva hökuməti istefa VERDİ

Sirkədən zəhərlənən kişi 10 gün sonra VƏFAT ETDİ

Sirkədən zəhərlənən kişi 10 gün sonra VƏFAT ETDİ

Qusarın dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər - FOTO

Qusarın dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər - FOTO

ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisarlar – "Dərin dövlət" təmizlənir

ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisarlar – "Dərin dövlət" təmizlənir

İlham Əliyevin Şuşada uşaqlarla səmimi görüşü – VİDEO

İlham Əliyevin Şuşada uşaqlarla səmimi görüşü – VİDEO

DÇ-2026-da Şakiranı zorla öpmək istəyən şəxs görün kimdir - FOTO

DÇ-2026-da Şakiranı zorla öpmək istəyən şəxs görün kimdir - FOTO

Hikmət Hacıyev: "Prezidentlərin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir" – VİDEO

Hikmət Hacıyev: "Prezidentlərin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir" – VİDEO

Uitni Hyustonu kəşf edən əfsanəvi musiqi prodüseri vəfat etdi

Uitni Hyustonu kəşf edən əfsanəvi musiqi prodüseri vəfat etdi

Rusiyada “canlı bomba” olan iki qadın belə ələ keçirildi - ANBAAN VİDEO

Rusiyada “canlı bomba” olan iki qadın belə ələ keçirildi - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO