Bakı-Qazax yolunda yük avtomobili aşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Belə ki, dünən saat 16:00 radələrində Bakı–Qazax avtomobil yolunun 243-cü kilometrində yol-nəqliyyat hadisəsi baş verib.
Heydər Mirzəyevin idarə etdiyi yük avtomobili əvvəlcə yolun çiynində quraşdırılmış dəmir səddə çırpılıb, daha sonra isə yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media