Bakı-Sumqayıt yolunda avtoqəza baş verib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Bildirilib ki, qəza fevralın 15-də saat 16:20-də Bakı-Quba yolunun 8-ci kilometrində, Sumqayıt istiqamətində qeydə alınıb.
"10-TH-236 dövlət nömrə nişanlı sərnişin avtobusu 10-KK-201 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen" və 77-DQ-014 dövlət nömrə nişanlı "Lynk & Co" avtomobilləri ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir. (Oxu.az)
Bizim.Media