Rusiya ordusu Odessaya növbəti dron hücumunu həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Telegram kanalları yayıb.
Dronlar şəhərə Qara dənizdən daxil olub. Hazırkı məlumata görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.
Şəhər mərkəzində çoxmərtəbəli bina zədələnib, bir neçə avtomobil yanıb.

Bizim.Media