Adnan Oktarın “varisi” hesab olunan və axtarışda olan Serdar Dayanık həbs edilib.
Bizim.Media xəbər verir ki, Adnan Oktar cinayət təşkilatının əsas simalarından olan Serdar Dayanık Türkiyədən qeyri-qanuni qaçmağa cəhd edərkən Muğlanın Bodrum şəhərində Muğla Polis İdarəsi qrupları tərəfindən saxlanılıb.
Onun İstanbula aparılacağı gözlənilir. Dayanık "ağır cinsi təcavüz" ittihamı ilə 22 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, polis bölməsindən sonra məhkəməyə aparılacaq.
Bizim.Media