İranda etiraz dalğası daha da genişlənib. Dünən Kərəc şəhərində keçirilən etiraz aksiyaları zamanı bələdiyyə binası nümayişçilər tərəfindən yandırılıb.
Bizim.Media xəbər verir ki, hadisə zamanı binanın fasadı və daxili hissəsi ciddi şəkildə zədələnib.
Məlumata görə, indiyə qədər 150-dən çox bölgədə etirazçılar hökumət binalarına hücum edərək od vurublar.
Bizim.Media