Şimal bölgəsinin dağlıq ərazilərinə bu gecə də qar düşüb.
Bizim.Media-ya Şimal-Şərq Hidrometereologiya Mərkəzindən verilən məlumata görə, ən çox qar 11 sm olmaqla Qubanın Qrız kəndinə yağıb.
Xaltan kəndində isə ən soyuq temperatur (-5,6 dərəcə şaxta) qeydə alınıb. Qubanın Xınalıq, Qusarın Ləzə kəndlərinə də qar yağıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu