Sabah Bakıda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq məşqlərindən yeni görüntülər yayılıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən Azərbaycan Ordusunun bölmələrinin hərbçilərinin məşqlərini görmək mümkündür.
Parada məşqlər şəhər sakinlərinin marağına səbəb olub. Kiçik bir uşağın hərbçilərə olan sevgisi isə xüsusi diqqət çəkib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media