Yerusalimdə ABŞ prezidenti Donald Trampın portreti və “Böyük Kir sağdır!” şüarı yazılmış bilbordlar, ABŞ və İsrail bayraqları ilə yanaşı yerləşdirilib.
Bizim.Media xəbər verir ki, Təl-Əviv çimərliyində isə ABŞ prezidentinin İsrailə eniş etməzdən əvvəl təyyarədən görə biləcəyi “TƏŞƏKKÜR EDİRİK” yazısı salınıb.
Xatırladaq ki, fars hökmdarı Böyük Kir yəhudilərə Babil sürgünündən qayıdaraq Yerusəlimdə Məbədi bərpa etməyə icazə verməsi ilə tanınır.
Bizim.Media