“Sərhədi pozan rus pilotsuz uçuş aparatlarını dərhal vurmaq əmri verməyəcəyəm”.
Bizim.Media xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksander Stubb CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, belə situasiyalarda sakitliyi qorumaq və "həddi aşmamaq" vacibdir: əvvəlcə yoxlama, sonra xəbərdarlıq və yalnız bundan sonra Hərbi Hava Qüvvələrinin qərarı gəlməlidir.
Lavrovun "NATO və Aİ-nin Rusiyaya qarşı müharibə apardığı" barədə dediklərini də Stubb belə şərh edib:
"Biz Rusiya ilə müharibə vəziyyətində deyilik".
Bizim.Media