“Bizim.Media” informasiya portalının fəaliyyətə başlamasından 5 il ötür.
Ölkənin hər yerindən özünə oxucu kütləsi qazanmış informasiya portalına çox sayda təbriklər gəlməkdə davam edir. Növbəti təbrik Şəki şəhərindən ünvanlanıb.
“Halvaçı Yahya Nadir” şirniyyat evi “Bizim.Media” informasiya portalını yaranmasının 5 illiyi münasibəti ilə təbrik edib və uğurar arzulayıb.
Qeyd edək ki, “Bizim.Media” 5 il ərzində peşəkar jurnalistikaya, obyektiv və operativ xəbərlərə sadiqliyi ilə oxucuların etimadını qazanaraq, informasiya məkanında özünəməxsus mövqeyini formalaşdırıb.
Bizim.Media