Ukrayna Silahlı Qüvvələri Krımın Foros qəsəbəsində yerləşən sanatoriyaya hücum edib. Həmin vaxt orada balaca qızın ad günü qeyd olunurmuş.
Bizim.Media xəbər verir ki, qızın anası hücum zamanı keçirilən ad günü şənliyindən video yayıb.
Kadrlarda baş verənləri anlamayan, qorxmuş çoxlu uşaq görünür. Qadının sözlərinə görə, əvvəlcə bəzi qonaqlar bunun şou-proqramın bir hissəsi olduğunu düşünüblər.
Bununla belə, bir çox qonaqlar xoşbəxtlikdən sığınacağa enməyə imkan tapıblar. Amma operativ tədbirlərə baxmayaraq, xəsarət alanlar var.
Hazırkı məlumata görə, ümumilikdə 3 nəfər ölüb, 16 nəfər yaralı yaralanıb.
Bizim.Media