“Fələstini tanıyan dövlətlər terroru mükafatlandırır. Fələstin dövləti olmayacaq”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İordan çayının qərb tərəfində Fələstin dövlətinin yaradılması istisnadır və BMT Baş Assambleyasından qayıtdıqdan sonra cavab tədbirləri görəcəyi ilə hədələyib.
O vurğulayıb ki, uzun illər “terrorçu dövlətin” yaranmasının qarşısını alıb.
Xatırladaq ki, dünən Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya Fələstin dövlətini tanıyıb.
Bizim.Media