Sosial şəbəkədə Çeçenistan lideri Ramzan Kadırovu təhqir edən yeniyetmənin kimliyi bəlli olub.
Bizim.Media “BBC”yə istinadla xəbər verir ki, Dağıstan əsilli 15 yaşlı yeniyetmə sosial şəbəkədə canlı yayımda Kadırova “şeytan” deyib.
Gəncin valideynləri və yaxın qohumları Çeçenistan rəhbərindən üzr istəyib.
“15 yaşlı oğlumu düzgün tərbiyə etmədiyimə görə üzr istəyirəm”,-deyə oğlanın atası müraciət edib.
Daha sonra üzr videoları dövlət televiziyası vasitəsilə yayımlanıb. Qeyd edək ki, Kadırov ona “şeytan” deyən şəxsi tapıb cəzalandıracağını vurğulamışdı.
Bizim.Media