Hollivud ulduzu Ancelina Coli arıların tükənməsi probleminə diqqət çəkmək üçün "National Geographic" jurnalının videoçarxında rol alıb.
Bizim.Media xəbər verir ki, görüntülərdə aktrisanın üzündə və bədənində canlı arıların olması diqqət çəkib.
Təşkilatçılar 20 may Ümumdünya Arılar Günündə xatırlatmaq istəyiblər ki, bu həşəratların yox olması üzündən bəşəriyyət süd məhsullarından, meyvələrdən, tərəvəzlərdən və pambıqdan məhrum ola bilər.
Layihə Fransanın "Guerlain" brendi, YUNESKO-nun təşkilatçılığı və aktrisasının dəstəyi ilə reallaşıb. Proqram yalnız arıları qorumaq üçün deyil, həm də qadınlara kömək etmək, onları işlə təmin etmək üçün nəzərdə tutulub. Onların fikrincə arıçılıq yoxsul kənd yerlərinin xilas mənbəyi ola bilər.
Qeyd edək ki, Ancelina bu ilin martında "Women for Bees" ("Arılar üçün qadın") proqramının siması seçilib.(axsam.az)
Bizim.Media