İsrail dövlətinin dünən aldığı qərara əsasən açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib.
Bizim.Media xəbər verir ki, qərar ölkənin bütün ərazisi üçün keçərlidir.
Qərardan sonra İsrailin rəsmi İnstagram hesabında insanların maskadan azad olmasının xoşbəxtliyini əks etdirən video çarx paylaşılıb.
Videonun altında bu sözlər qeyd edilib:
"Ümid edirik ki, bu trend dünyaya yayılar və bizim təcrübəmizin hər şeyin sona çatmasına faydası olar".
Səmra Xəlilbəyli, Bizim.Media