Ermənidən etiraf: “Dördüncü əsrdən qaraçı kimi köçürük” - VİDEO 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə və Zəngəzurdan ermənilər çıxır, kəndlər boşalıb” adlı veriliş efirə gedib. 

Bizim.Media xəbər verir ki, verilişdə Ermənistanda ciddi demoqrafik fəlakətin yaşandığı qeyd olunur. 

Bildirilir ki, son 50-60 il ərzində aldadılaraq gətirilib məskunlaşdırılan ermənilər Zəngəzur, Göyçə, Pəmbək, Loru və digər dağlıq ərazilərdə yaşaya bilmədikləri üçün  köçürlər. Bu bölgələr tam boşalmaq üzrədir.
Ən ağır durum Göyçə mahalındadır. Burada onlarla boşalmış evlər göz önündədir. Ermənistan mətbuatının yazdığına görə, son illər ərzində Göyçə mahalının əhalisi 25 min, Zəngəzurun isə 27 min azalıb. Erməni jurnalistlərinin bölgələrdən hazırladığı reportajlarda bu acı gerçək daha qabarıq görünür. 

Diqqətə çatdırılır ki, reportajdan və erməni mətbuatında vaxtaşırı verilən təhlillərə əsasən, ilk növbədə gənclər bölgəni kütləvi şəkildə tərk edir:

“Bütövlükdə ümidsizlik, həmçinin ölkənin dalana çevrilməsi ucbatından yaranan sabaha inamsızlıq əhalini normal yaşayış üçün xarici ölkələrə üz tutmağa vadar edir. Həmçinin ölkənin ağır iqtisadi vəziyyəti də bu prosesi sürətləndirir. Ermənistan KİV-nin məlumatına görə, Göyçə və Dərəçiçək mahalları ərazisində əhalinin 50%-dən çoxu yoxsul vəziyyətində yaşayır”. 

Vurğulanır ki, Qarabağdan gələn əhali də bu vəziyyəti görüb fürsətdən yararlanaraq qaçqın kimi Avropaya üz tutmaq istəyirlər:

“Ermənistanda onları aclıq və səfalət gözlədiyindən yaranmış vəziyyətdən faydalanmaq üçün Fransa səfirliyi önündə aksiyaları davam etdirilər. Onlar humanitar sığınacaq tələb edir və söyləyirlər ki, artıq 4 mindən çox Qarabağ ermənisi Ermənistanı tərk edib. Buna səbəb isə Ermənistanın gələcəyinin yoxluğudur. Ermənistan hakimiyyəti heç vaxt bizim üçün heç nə etməyib. Qabağda bizim üçün evlər tikilirdi və bu evlərin tikintisinə guya 21 milyard dramdan çox pul ayrılıb. Axırda Qarabağı itirdik. Hər şeydə Rusiya və Qarabağ hakimiyyəti günahkardır, bütün sakinləri aldatdılar. 2020-ci ildə hansısa sənədlərə qol çəkdilər, axırda hamımız belə vəziyyətə düşdük, bilmirik ki, bizi qarşıda nə gözləyir”. 

Verliş sonunda qeyd olunur ki, 1988-ci ildə Ermənistanda öz tarixi yurdlarından dinc əhalini xüsusi amansızlıq ilə qovub, evlərini, mülklərini, talan edib, tarixi, mədəni abidələrini dağıdan, vandalizm törədən Ermənistan Qarabağda Azərbaycan əhalisinə qarşı törətdiyi ən qəddar cinayət və xüsusi amansızlıqla dağıdıcı əməllərinə görə təzminat vermək əvəzinə, daha rahat yaşamaq üçün xarixi ölkə səfirliklərinin qarşısına yığışan erməniyə görə təzminat tələb etməsi erməni həyasızlığından başqa bir şey deyil: “Bu əsl erməni xislətidir”. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. 

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. 

Daha ətraflı videomaterialda: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ: İranda zəlzələ oldu

SON DƏQİQƏ: İranda zəlzələ oldu

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

“Mən subay deyiləm” — VİDEO

“Mən subay deyiləm” — VİDEO

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Avstriya Çinə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİB

Avstriya Çinə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİB

Baş nazir İqtisadi Şuranı toplayıb tapşırıqlar verdi - FOTO

Baş nazir İqtisadi Şuranı toplayıb tapşırıqlar verdi - FOTO

Mədəniyyət Nazirliyi Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq YAYDI

Mədəniyyət Nazirliyi Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq YAYDI

Tibb işçilərinin bu məlumatları paylaşması QADAĞANDIR

Tibb işçilərinin bu məlumatları paylaşması QADAĞANDIR

Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan etdi

Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan etdi

Güneyli qız stadionda Azərbaycan rəqsi ilə maraq doğurub - VİDEO

Güneyli qız stadionda Azərbaycan rəqsi ilə maraq doğurub - VİDEO

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

Bu ölkədə “Hamburger” və “dondurma” sözləri QADAĞAN olundu

Bu ölkədə “Hamburger” və “dondurma” sözləri QADAĞAN olundu

Makrondan sülh gündəliyinə qarşı MƏKİRLİ PLAN – Erməni diasporu Parisdə hansı təxribatı HAZIRLAYIR?

Makrondan sülh gündəliyinə qarşı MƏKİRLİ PLAN – Erməni diasporu Parisdə hansı təxribatı HAZIRLAYIR?

Ərdoğan yenə TOGG-un yeni modelini sürdü – VİDEO

Ərdoğan yenə TOGG-un yeni modelini sürdü – VİDEO

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

"Sənə sürpriz edəcəyəm" deyib, boşandığı həyat yoldaşının evini yandırdı

"Sənə sürpriz edəcəyəm" deyib, boşandığı həyat yoldaşının evini yandırdı

Müğənni Elvin virusa yoluxdu – VİDEO

Müğənni Elvin virusa yoluxdu – VİDEO

Bazarın ritmini dəyişən QADINLAR - Ətək qısalırsa, iqtisadiyyat yüksəlir?

Bazarın ritmini dəyişən QADINLAR - Ətək qısalırsa, iqtisadiyyat yüksəlir?

Samara hava limanı reysləri BƏRPA ETDİ

Samara hava limanı reysləri BƏRPA ETDİ

End of content

No more pages to load

RADİO