Rusiyanın Sverdlovsk vilayətində meymunlardan biri heyvan sərgisindən qaçıb.
Bizim.Media “Telegram” kanallarına istinadən xəbər verir ki, Asbest şəhərində təşkil olunan sərgidən qaçan meymun ticarət mərkəzlərinin birində kameralara düşüb.
Məlumata görə primatı iki gündür ki, tuta bilmirlər.
Sərgi təşkilatçıları meymunun acanda sərgiyə qayıdacağını iddia etsə də, ticarət mərkəzində özünə şərait qurub yemək tapan meymunun geri dönmək fikiri yoxdur.
Meymunun maraqlı götüntülərini izləyə bilərsiniz.
Bizim.Media