10 illik dostunu 10 bıçaq zərbəsilə öldürdü - Sumqayıtda dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO

Sumqayıtda dostunu 10 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxunub.

Bizim.Media xəbər verir ki, hadisənin təfərrüatı ARB telekanalının “Kriminal” verilişində yayımlanıb.    

Belə ki, 2020-ci il iyulun 17-də Sumqayıt şəhər 3-cü polis şöbəsinə könüllü gələn Sumqayıt sakini Enur Əsədullayev 14 saylı yataxananın 77 nömrəli otağında Kamal Əliyevi öldürdüyünü etiraf edib.

 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə 17 yaşlı gənc özünü güllələdi - QƏTLİN TƏFƏRRÜATI


Sumqayıt şəhər Prokurorluğunda “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə, Kamal Əliyevin üzərində 10 ədəd kəsilmiş- deşilmiş yara müəyyənləşdirlib.

Onun ölümünə ürəyin zədələnməsi nəticəsində baş verən daxili qanaxma səbəb olub.

İş üzrə dindirilən E.Əsədullayev  Sumqayıt şəhərinin 9-cu mikrarayonda yaşadığını bildirib. K.Əliyevlə 10 ildən artıq dostluq etdiyini bildirib. Dostunun valideyinlərinin rəhmətə getdiyini söyləyib. Günlərinin çox vaxtını bir yerdə keçiriblər.

Son 1-2 ildə narkotik maddələrin təsirindən Kamalın hərəkətlərində və xasiyyətində dəyişikliklər hiss edib. Dostunu bu vəziyyətdən xilas etməyə çalışıb və müalicə təklif edib. Lakin sonuncu onun  məsləhətlərinə əməl etməyib.

Hadisədən 4-5 ay əvvəl  ortaq tanışları Ramin Şalbuzov Kamalın Elnur haqqında pis sözlər danışdığını, arxasınca söyüş söydüyünü deyib. Kamala qarşı pis bir hərəkəti olmadığından bərk əsəbləşib.

Zəng edib onu kafeyə dəvət edib. Dostu hər şeyi danaraq söyüş söymədiyini və Raminin yalan danışdığını deyib.

 

İyulun 17-də isə anasının telefonundan Raminə zəng edib onu marketin qarşısından götürməsini xahiş edib. Sonra maşını Kamalın yaşadığı məhəlləyə sürməsini deyib. Raminə söyüşü həzm etmədiyini və məsələyə aydınlıq gətirmək istədiyini söyləyib.


Şalbuzov onu fikrindən daşındırmaq istəsə də mümükün olmayıb. Niyyəti Kamalın söyüş söyüb-söymədiyini dəqiqləşdirmək, əgər boynuna alarsa onu öldürmək olub.

Kamalın yaşadığı ünvana gəlib.Otağa girəndə dostu yarıçılpaq vəziyyətdə olub. Kamal arxasınca söyüş söydüyünü, lakin qorxusundan boynuna almadığını deyib. Kamal bunu etiraf edəndə yumruqla sifətinə vurub və dərhal cibindən bıçağı çıxararaq sol döş qəfəsinə ağır zərbələr endirib.

Binanın 3-cü mərtəbəsində Raminlə rastlaşıb. Həmin vaxt əlləri və üstü qana bulaşıb. Ramin dərhal geri qayıtmaları və təcili yardıma zəng vurmalarını deyib. Lakin Elnur hadisə yerindən uzaqlaşıb. Evə gələrək adam öldürməsi ilə bağlı ailə üzvlərinə  məlumat verib. Sonra polis bölməsinə yollanar bıçağı təqdim edib.

Zərərçəkmişin dayısı Elçin Səmədov tərəfindən polisə ünvanlanmış sənəddən görünüb ki, onunla Elnur Əsədullayevin atası arasında barışıq əldə edilib.

Məhkəmə iclasında E. Əsədullayev canayətə görə peşman olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin  hökmü ilə 1993-cü il təvəlldülü E.Əsədullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Prezident Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR

Prezident Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR

Akif İslamzadənin DURUMU: oğlu DANIŞDI

Akif İslamzadənin DURUMU: oğlu DANIŞDI

Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO

Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO

Səngəçalda qazla işləyən elektrik stansiyası DAYANDIRILACAQ

Səngəçalda qazla işləyən elektrik stansiyası DAYANDIRILACAQ

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

Azərbaycanda tapdığı daşı satışa çıxardı: qramı 2 milyon dollar... - VİDEO

Azərbaycanda tapdığı daşı satışa çıxardı: qramı 2 milyon dollar... - VİDEO

Alça yığarkən ağacdan yıxıldı

Alça yığarkən ağacdan yıxıldı

Bu şəxslər ALMADAN uzaq durmalıdır

Bu şəxslər ALMADAN uzaq durmalıdır

Sabah Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Cəlilabadda CİNAYƏT: oğlunu döyənin qapısına gedən ata bıçaqlandı- VİDEO

Cəlilabadda CİNAYƏT: oğlunu döyənin qapısına gedən ata bıçaqlandı- VİDEO

Mehriban Əliyevanın Zəngilanda çəkdiyi FOTOLAR

Mehriban Əliyevanın Zəngilanda çəkdiyi FOTOLAR

İlhame Quliyevanı parodiya etdi - VİDEO

İlhame Quliyevanı parodiya etdi - VİDEO

Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...

Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...

Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var

Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var

Bu kəndə köçənlərə 44 min avro verəcəklər - FOTOLAR

Bu kəndə köçənlərə 44 min avro verəcəklər - FOTOLAR

Bu yolun ondan yuxarı standartları yoxdur - Prezident

Bu yolun ondan yuxarı standartları yoxdur - Prezident

Şükürbəyli kəndinin İKİNCİ MƏRHƏLƏSİ də nəzərdə tutulur

Şükürbəyli kəndinin İKİNCİ MƏRHƏLƏSİ də nəzərdə tutulur

Qurduğu sistemlə 40 dəqiqəlik yolu 40 saniyəyə endirdi: "Sən dəlisən?" deyənlər də oldu - FOTO

Qurduğu sistemlə 40 dəqiqəlik yolu 40 saniyəyə endirdi: "Sən dəlisən?" deyənlər də oldu - FOTO

DTX-də Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd olunub - FOTO

DTX-də Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd olunub - FOTO

Prezident Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışını etdi - FOTOLAR

Prezident Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışını etdi - FOTOLAR

Prezident və birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış oldular - FOTOLAR

Prezident və birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış oldular - FOTOLAR

Şükürbəyliyə köçürüləcək ailələrin sayı AÇIQLANDI

Şükürbəyliyə köçürüləcək ailələrin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO