Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı başa çatdı

Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 7-də başlanan Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Bizim.Media xəbər verir ki, iyulun 9-da axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub.

Tədbirə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, festivalın təşkilatçı qurumlarının nümayəndələri, şəhərin qonaqları, musiqisevərlər qatılıblar. Mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.

Konsertin əvvəlində məlumat verilib ki, Dövlət Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub.

Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində çıxış edib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. Azərbaycan klassik musiqisinin dünyada geniş təbliğinə görə, orkestr 2007-ci ildə “Humay” Milli Mükafatına da layiq görülüb. 2018-ci ildən Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti, Prezident mükafatçısı Fəxrəddin Kərimovdur.

Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər İnarə Babayevanın (soprano), Ramil Qasımovun (tenor), Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Onlar Bakıya buraxılmayacaq – Qərar

Onlar Bakıya buraxılmayacaq – Qərar

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO

Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO

Sumqayıtda ev yandı – VİDEO

Sumqayıtda ev yandı – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək

Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək

ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

Böyük sərvət əldə edəcək BÜRCLƏR

Böyük sərvət əldə edəcək BÜRCLƏR

Dünyanın ən dadsız mətbəxi AÇIQLANDI

Dünyanın ən dadsız mətbəxi AÇIQLANDI

Bu gün 6 min nəfər İMTAHAN VERƏCƏK

Bu gün 6 min nəfər İMTAHAN VERƏCƏK

Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?

Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?

Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı - FOTO

Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı - FOTO

Yanvarın son gününün HAVASI: Duman, 18 dərəcə isti...

Yanvarın son gününün HAVASI: Duman, 18 dərəcə isti...

Bakı bazarlarında QİYMƏT fərqi - Harada nə daha ucuzdur? – VİDEO

Bakı bazarlarında QİYMƏT fərqi - Harada nə daha ucuzdur? – VİDEO

BİZİM TƏQVİM: 30 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 30 yanvarda baş vermiş tarixi hadisələr

"Ayntraxt"ın yeni baş məşqçisi MƏLUM OLDU

"Ayntraxt"ın yeni baş məşqçisi MƏLUM OLDU

Azərbaycanda 52 milyon manatlıq narkotik və psixotrop maddə MƏHV EDİLDİ

Azərbaycanda 52 milyon manatlıq narkotik və psixotrop maddə MƏHV EDİLDİ

Bakıda 64 yaşlı kişinin meyiti hamamda tapıldı

Bakıda 64 yaşlı kişinin meyiti hamamda tapıldı

End of content

No more pages to load

RADİO