Yazarların NƏZƏRİNƏ: Vətən müharibəsi ilə bağlı ədəbi müsabiqə elan edildi – ŞƏRTLƏR

Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi zəfərə ithaf olunan ədəbi müsabiqə elan edib.

Bu barədə Bizim.Media-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın hərb salnaməsinə və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı nəticəsində qazanılmış şanlı qələbinin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, Vətən müharibəsindəki böyük zəfərin bədiiləşdirilməsi və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının obrazlaşdırılması və dünya ictimaiyyətini ədəbi əsərlər vasitəsilə məlumatlandırılmasıdır.

Əsərlərdə Vətən müharibəsinin təsviri, 44 gün ərzində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslərin əks etdirilməsi arzuolunandır.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir: Roman, Dram, Mənzum hekayə.

Müsabiqənin şərtləri:

• Müsabiqədə yalnız peşəkar yaradıcı şəxslər (tanınmış imza sahibləri) iştirak edə bilərlər.

• Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

• Əsərlər Azərbaycan Respublikasının dövlət dilində yazılmalıdır.

• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

• Əsərlərdə tarixi faktlar təhrif olunmamalıdır.

• Əsərlərin həcminə dair məhdudiyyət yoxdur.

• Hər ədəbi janr üzrə bir qalib elan olunacaq.

• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail), hansı ədəbi janr üzrə iştirakçı olduğunu qeyd etməlidir.

• Əsərin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, MS Word faylı
Müsabiqənin mükafat fondu:

Roman janrı üzrə qalib – 10 000 min manat pul mükafatı və Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq, Dram janrı üzrə qalib – 5 000 manat pul mükafatı və müsabiqənin fəxri diplomu ilə təltif olunacaq, Mənzum hekayə janrı üzrə qalib – 5 000 manat pul mükafatı və Nazirliyin fəxri fərmanı ilə təltif olunacaq.
Qalib əsərlərlə bağlı görüləcək işlər:

• Qalib roman 1000 tirajla çap olunacaq və ingilis dilinə tərcümə ediləcək. Eyni zamanda nəşrin 300 nüsxəsi müəllifə hədiyyə ediləcək və hədiyyə nüsxələrin respublika üzrə satışı təşkil ediləcək.

• Qalib dram əsərinin tamaşası hazırlanacaq və nümayiş etdiriləcək

• Ən yaxşı mənzum hekayələr toplu şəklində çap olunacaq

Qaliblərin seçilməsi proseduru:

Müsabiqəyə təqdim olunan bütün əsərlər və müəlliflər şifrələnəcək. Əsərlərin qiymətləndirilməsi iki mərhələdən keçəcək.

Əsərlər Ekspertlər Şurası və Komissiya üzvləri tərəfindən oxunacaq, onların mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılacaq.

Ekspertlər Şurası tərəfindən ən yaxşı əsərlərin qısa siyahısı tərtib olunub Komissiyaya təqdim ediləcək.

Ekspertlərin müəyyən edəcəyi qısa siyahı Komissiyaya təqdim olunmaqla yanaşı, ictimai müzakirəyə çıxarılacaq. Hər janr üzrə qısa siyahı 5 əsərdən ibarət olacaq.

Müsabiqənin müddəti:

Müsabiqəyə romanların qəbulu 30 dekabr 2022-ci il tarixində sona çatacaq.

Müsabiqəyə dram əsərlərinin qəbulu 30 noyabr 2022-ci il tarixində sona çatacaq.

Müsabiqəyə mənzum hekayələrin qəbulu 30 oktyabr 2022-ci il tarixində sona çatacaq.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər Ekspertlər Şurası tərəfindən qəbul edilməyəcək.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz: Tel.: (012) 493 06 80

İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: [email protected]

Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla çapı və yayımını, onların əsasında filmin çəkilməsini və tamaşanın hazırlanmasını həyata keçirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Onlar Bakıya buraxılmayacaq – Qərar

Onlar Bakıya buraxılmayacaq – Qərar

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO

Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO

Sumqayıtda ev yandı – VİDEO

Sumqayıtda ev yandı – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək

Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək

ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

Böyük sərvət əldə edəcək BÜRCLƏR

Böyük sərvət əldə edəcək BÜRCLƏR

Dünyanın ən dadsız mətbəxi AÇIQLANDI

Dünyanın ən dadsız mətbəxi AÇIQLANDI

Bu gün 6 min nəfər İMTAHAN VERƏCƏK

Bu gün 6 min nəfər İMTAHAN VERƏCƏK

Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?

Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?

Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı - FOTO

Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı - FOTO

Yanvarın son gününün HAVASI: Duman, 18 dərəcə isti...

Yanvarın son gününün HAVASI: Duman, 18 dərəcə isti...

Bakı bazarlarında QİYMƏT fərqi - Harada nə daha ucuzdur? – VİDEO

Bakı bazarlarında QİYMƏT fərqi - Harada nə daha ucuzdur? – VİDEO

BİZİM TƏQVİM: 30 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 30 yanvarda baş vermiş tarixi hadisələr

"Ayntraxt"ın yeni baş məşqçisi MƏLUM OLDU

"Ayntraxt"ın yeni baş məşqçisi MƏLUM OLDU

Azərbaycanda 52 milyon manatlıq narkotik və psixotrop maddə MƏHV EDİLDİ

Azərbaycanda 52 milyon manatlıq narkotik və psixotrop maddə MƏHV EDİLDİ

Bakıda 64 yaşlı kişinin meyiti hamamda tapıldı

Bakıda 64 yaşlı kişinin meyiti hamamda tapıldı

End of content

No more pages to load

RADİO