Mədəniyyət naziri Ağdamda vətəndaşları qəbul etdi - FOTO

Bu ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov mayın 26-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.

Mədəniyyət naziri Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış keçirib.

Məlumat verilib ki, rəqs zalı, kompüter otağı, elektron kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas zalının mövcud olduğu mərkəzdə, həmçinin 3D kino zalı, konfrans zalı, rəqs studiyası, kompüter və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.

Daha sonra Ağdam rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Ağdam, Ağcabədi və Laçın rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, mədəniyyət müəssisəsinə əlavə ştatların ayrılması və digər məsələləri əhatə edib.

Görüşdə həmçinin yerlərdəki incəsənət məktəblərində rəssamlıq ixtisası üzrə tədrisin səviyyəsinin daha da yüksəldilməsi və gənc istedadların üzə çıxarılması ilə bağlı layihə təklifi də irəli sürülüb.

Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Nazirliyin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda vəkillərin sayı AÇIQLANDI

Azərbaycanda vəkillərin sayı AÇIQLANDI

Süni intellektin tibbi məsləhəti nə qədər ETİBARLIDIR?

Süni intellektin tibbi məsləhəti nə qədər ETİBARLIDIR?

Bu adaya ayaq basan dəli olur

Bu adaya ayaq basan dəli olur

57 yaşında 8-ci övladı olacaq

57 yaşında 8-ci övladı olacaq

“Azərbaycanda donor olmaq istəyən deputatlar var” - Milli Məclisin Səhiyyə komitəsi

“Azərbaycanda donor olmaq istəyən deputatlar var” - Milli Məclisin Səhiyyə komitəsi

Bakıda hamilə qadın faciəli şəkildə dünyasını dəyişdi

Bakıda hamilə qadın faciəli şəkildə dünyasını dəyişdi

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Bu ölkədə qızıldan küçə salınacaq

Bu ölkədə qızıldan küçə salınacaq

O da "Yeraltı"nda rol alacaq - FOTO

O da "Yeraltı"nda rol alacaq - FOTO

Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

Azərbaycan və BƏƏ hərbçiləri birgə təlimə belə hazırlaşırlar – VİDEO

Azərbaycan və BƏƏ hərbçiləri birgə təlimə belə hazırlaşırlar – VİDEO

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Onlar Bakıya buraxılmayacaq – Qərar

Onlar Bakıya buraxılmayacaq – Qərar

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

End of content

No more pages to load

RADİO