Flora Kərimova “3D”də bütün SİRLƏRİ AÇDI: “Mənə “Şərəf” ordenini şərəfli bir insan verdi” - VİDEO

“Mənim iki siyahıda adım gedirdi. Biri ermənilərin ölüm siyahısında, biri də sovet xüsusi orqanlarında. Ermənilər deyirlər ki, sabahları gedəcəyik, Bakını alacayıq, bizim torpaqdır. Filankəsləri dar ağacından asıb, işgəncə verəcəyik. O dövrün öndəgedənlərinin müxalifətdən və iqtidardan böyük siyahları vardı. “Eqzekudsa”nı bizdən başlayacaqdılar.

Onların da siyahısında mən var idim. Sovet xüsusi orqanlarının siyahısına adımın necə düşdüyündən isə xəbərim yoxdur.

Biz sənət nümayəndələri sovet xüsusi orqanlarının polkovniki Eldəniz Əliyevin kurasiyasında idik. Eldəniz görürdü ki, məndən yazılan xasiyyətnaməyə mən uyğun deyiləm. Məni sevməyənlər “anonimka” yazanda, görürdü ki, mən o çirkablıqda adam deyiləm. 28 il ölkədən kənara çıxa bilmədim. Xaricə gedənlər siyahısında adım olsa da onlar gedirdilər, lakin məni aparmırdırlar. Proqramlarda da adım vardı. O zamanlar bir müğənni vardı - Kərimova. Onu mənim yerimə xaricə göndərirdilər. Gəlib görürdülər ki, o mən deyiləm və bu adamı biz seçməmişik, biz ayrı adamı seçmişdik. Mən çox bəlalı müğənniyəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu "3D" proqramda deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artisti Flora Kərimova: "Son nəfəsində belə..."


Verilişin aparıcısı Dadaş Dadaşlinskinin ünvanladığı “1991-ci illərdə ekranlara çıxmamağınızın səbəbi nə idi?” sualına sənətkar belə cavab verib. 

“O zamanlarda da kiminsə əlləri oldu. O zamanlar soyqırımı Türkiyənin boynuna qoydular. Və mən Türkiyənin bayrağını ayağımın altına saldım. Həmin kadrlar “ANS TV”də idi. Bir neçə gündən sonra məni efirdən çıxartdılar. Sonra mərhum Heydər Əliyev sənət adamlarını yığmışdı. O, söylədi ki, Flora görsənmir. Dedilər ki, etdiyi hərəkətə görə, ona qadağa qoyublar. O zaman Heydər Əliyev məni ayağa vermədi. Rəhbərin reaksiyasını görüb məndən əl çəkdilər”. 

Verilişin gedişatında D.Dadaşlinskinin “Flora Kərimova müxalifətçidir. Şuşa azad olandan sonra, 44 günlük müharibədə qələbə qazandıqdan sonra sanki Flora xanım mövqeyini dəyişdi və müxalifətin qara siyahısına düşdü” fikirlərini Xalq artisti belə reaksiya verib. 

“Mən nə müxalifət, nə müxalifətçi, nədəki müxalif sözündən qorxan adamam. Mən hər zaman vətəndaş olmuşam. Mənim üçün önəmlisi sükan arxasında olan insandır. O, gəmini hansı instiqamətə döndərir. Mənim o səmtə iradım yoxdur. O səmt millətimin istədiyi səmtdir. O səmt qələbə çalan səmtdir. O səmt itidiyimi qaytaran bir səmtdir. Arxamca danışırlar ki, nələrəsə görə, şirinlik etdim, təriflədim onu və buna görə mənə fəxri ad verdilər. Flora dəyişilməyib. Flora vətəndaşdır. Nə olursa olsun, Flora dəyişilməyəcək. Məni yozmasınlar, “vedrə” bağlamasınlar. Mənim bioqrafiyamın gözəl vaxtında, mükafatı mən indiki dövrümdə aldım. Mən dilimin, fikrimin qurbanı olurdum. Bunlar hamısının üstündən keçib mənə “Şərəf” ordenini Şərəfli bir insan verdi. Şuşamı, torpqlarımı qaytaran. Qaytaran, qayıdan yox. Biz deyəndə ki, torpağım qayıtsın...

Torpaq elə belə qayıtmır. Torpağın qayıtması düzgün siyasətin, aydın düşüncənin, mübarizənin nəticəsidir. Mənim başım ucadır. Bunu dilimə gətirəndə mənə söyləyirlər ki, ona “Şərəf” ordeni verdilər. Nə zamansa çalışıb-vuruşduğum iqtidarın əlindən “Şərəf” ordeni aldım”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda vəkillərin sayı AÇIQLANDI

Azərbaycanda vəkillərin sayı AÇIQLANDI

Süni intellektin tibbi məsləhəti nə qədər ETİBARLIDIR?

Süni intellektin tibbi məsləhəti nə qədər ETİBARLIDIR?

Bu adaya ayaq basan dəli olur

Bu adaya ayaq basan dəli olur

57 yaşında 8-ci övladı olacaq

57 yaşında 8-ci övladı olacaq

“Azərbaycanda donor olmaq istəyən deputatlar var” - Milli Məclisin Səhiyyə komitəsi

“Azərbaycanda donor olmaq istəyən deputatlar var” - Milli Məclisin Səhiyyə komitəsi

Bakıda hamilə qadın faciəli şəkildə dünyasını dəyişdi

Bakıda hamilə qadın faciəli şəkildə dünyasını dəyişdi

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Bu ölkədə qızıldan küçə salınacaq

Bu ölkədə qızıldan küçə salınacaq

O da "Yeraltı"nda rol alacaq - FOTO

O da "Yeraltı"nda rol alacaq - FOTO

Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

Azərbaycan və BƏƏ hərbçiləri birgə təlimə belə hazırlaşırlar – VİDEO

Azərbaycan və BƏƏ hərbçiləri birgə təlimə belə hazırlaşırlar – VİDEO

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Onlar Bakıya buraxılmayacaq – Qərar

Onlar Bakıya buraxılmayacaq – Qərar

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

End of content

No more pages to load

RADİO