“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

“Vaxtı ilə çoxlu tələbələr hazırlamışam, onların hamısı böyük vəzifələrdədir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “musavat.com”a müsahibəsində kinorejissor, aktyor, ssenarist Cahangir Mehdiyev deyib.

Hər kəsin yaddaşında “Kişi sözü” filmindəki “Niyaz” obrazı ilə qalan rejissor son zamanlar gördüyü işlərdən və səhhətindən söz açıb.

Həmin müsahibəni təqdim edirik:

- Cahangir bəy, necəsiniz? 

- Xəstəyəm, evdə ssenari yazıram, xatirələrimdən ibarət kitabımı çap etdirəcəyəm. Bir sözlə, yazı-pozu işləri ilə məşğulam. 75 yaşım var, qocalıq özü ilə xəstəlikləri də gətirir. Yaş amili həmişə öz təsirini göstərir.

- Kitabınızda əsasən hansı dövrünüzlə bağlı xatirələr yer alacaq?

- Öz həyatımdan yazıram. 1956-cı ildən bu günə kimi olan dövrü əhatə edəcək. Orada başıma gələn hadisələr, təhsilim, kimlərlə tanış olmuşam, kimlərdən nə öyrənmişəm və s. məqamlar yer alacaq. Qoy gələcək nəsillər bilsin ki, belə bir Azərbaycan vətəndaşı olub, mədəniyyətə hansı töhfəsi olub. Bu dünyada qonağıq, özümüzdən sonra ortalığa yaradıcı iş qoymalıyıq.

- Uzun müddətdir ki, bu kitabın üzərində işləyirsiniz, bitirmək fikriniz yoxdur?

- Mən tələsmirəm, çünki 10 deyil, bir kitab yazıram. Çalışıram ki, orada hər şeyi əhatə edim. Vaxt şərti anlayışdır, məzmun isə əbədi qalacaq.

- “Kişi sözü” filminin ikinci hissəsinin ssenarisi üzərində işlədiyinizi demişdiniz. Bununla bağlı işlər nə yerdədir?

- Paralel olaraq onun üzərində də işləyirəm. Amma əsas kitabdır. Çünki mənim iki arzum var. Onlardan biri bu kitabı çap etdirməkdir.

- Bəs digər arzunuz?

- Açıqlamayacağım bir arzudur.

- Yəqin ki, Xalq artisti adının alınması ilə bağlı arzudur...

- Yox, mən 25 ildir ki, Əməkdar incəsənət xadimiyəm. Bu mənim üçün daha dəyərlidir, nəinki Xalq artisti adı. 25 il dedilər ki, gəl, Xalq artisti adı verək, ancaq mən istəmirdim. Mənim əsas arzum, məqsədim haqqında isə demək istəmirəm. Bu, qismətdən artıqdır.

- 2011-ci ildən Milli Olimpiya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışırsınız. Bununla bağlı işlər nə yerdədir?

- Mənim sonuncu filmim Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsindəki fəaliyyəti ilə bağlı olub. Yubiley filmi idi. İndi də kənardan nə məsləhət lazım olursa, könüllü kimi verirəm. Çalışıram ki, gənclərə dəstək olum. Mən təkcə bədii filmlər çəkməmişəm, tanınmış şəxslər haqqında televiziya filmləri də hazırlamışam. Bacardığım qədər kömək edirəm. Əgər biz etməsək, miras qoya bilmərik.

- Həm də Əməkdar məşqçi olmusunuz. İdmanla aranız necədir?

- Çalışıram ki, xəstə də olsam, sadə idman hərəkətləri edim. Vaxtı ilə çoxlu tələbələr hazırlamışam, onların hamısı böyük vəzifələrdədir. Hazırda səhhətim ağır idmana imkan vermir, evdə sadə hərəkətlərlə kifayətlənirəm.

- Oğlunuz Elnur Mehdiyev də rejissordur. Ona hansı dəstəyi verirsiniz?

- O mənim sonuncu tələbəmdir. Onu “Kişi sözü” filminə də çəkmişəm. Moskvada oğlumu öz müəllimimlə tanış etmişdim, arzu edirdim ki, o da müəllimimin tələbəsi olsun. Amma qismət olmadı. Uşaqlıqdan imkan daxilində öz sənətimin sirlərini ona öyrətmişəm. “Hacı Qara” filmində mənimlə birgə Elnur quruluşçu rejissor kimi işlədi. Həm də baş rolun ifaçısı idi.

- Əvvəlki yaradıcılıq mühiti üçün darıxırsınızmı?

- O vaxtlar mən ürəklə çəkirdim, çəkilirdim. İşimizə canımızı fəda edirdik. İndi isə məndə o ürək yoxdur. Yəqin ki, yaşla bağlıdır. Artıq gənclik dövrümdəki emosiyalar yoxdur. Gərək güclü, sağlam olasan ki, film çəkə biləsən. İndi bir ayağım qəbirdə, digər ayağım isə həyatdadır. Bu prinsiplə yaşayıram.

- İndiki zəmanədə kişi sözü rol oynayırmı?

- Əlbəttə. Sözünün sahibi olmaq böyük şeydir. Prezident hər dəfə deyir ki, sözümüz imzamızdır. Bu, kişi sözü deməkdir. Bütün prezidentlər ona oxşasaydı, nə dərd var idi ki. Mən onu müdrik Prezident hesab edirəm.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

Leandro Andrade “Qarabağ”da QALACAQ?

Leandro Andrade “Qarabağ”da QALACAQ?

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpəsi dünyasını dəyişdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpəsi dünyasını dəyişdi

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

DİM sabah imtahan keçirəcək

DİM sabah imtahan keçirəcək

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

11 günlük tətil bitdi - Dərslər başladı

11 günlük tətil bitdi - Dərslər başladı

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Palm Beach hava limanına Donald Trampın adı verilir

Palm Beach hava limanına Donald Trampın adı verilir

Evində maşını olanların NƏZƏRİNƏ

Evində maşını olanların NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO