Opera və Balet Teatrının 4 il əvvəl başlayan təmiri nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 4 ilə yaxındır təmirə bağlanıb. 2022-ci ilin mayında başladılan təmir işləri hələ yekunlaşmayıb və teatrın tamaşaları şəhərin digər mədəniyyət mərkəzlərində nümayiş etdirilir.

İddialara görə, bir neçə aydır ümumiyyətlə binada hər hansı təmir işləri aparılmır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binasında aparılan əsaslı təmir-bərpa işləri planlı şəkildə və mərhələlər üzrə davam etdirilir:

“Proses davam edir, işlər layihəyə uyğun olaraq texniki və memarlıq baxımından xüsusi dəqiqlik tələb edən istiqamətlər üzrə icra olunur. Binanın təhvil verilməsi üçün aparılan işlərin müəyyən edilmiş qrafik çərçivəsində yekunlaşdırılması nəzərdə tutulur”.

Qeyd edilib ki, hazırkı dövrdə teatrın repertuar tamaşaları paytaxtın müxtəlif səhnələrində, o cümlədən Heydər Əliyev Sarayı və digər uyğun mədəniyyət məkanlarında təqdim olunur:

“Nəzərə almaq lazımdır ki, belə tarixi və funksional baxımdan mürəkkəb mədəniyyət obyektlərinin bərpası yalnız tikinti işləri ilə məhdudlaşmır; bu proses akustika, səhnə avadanlıqları və təhlükəsizlik sistemlərinin müasir standartlara uyğun şəkildə yenilənməsini də əhatə edir. Bu baxımdan layihə yüksək peşəkarlıq və ardıcıl yanaşma tələb edir”.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları, Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb.

Cəmi 10 ay ərzində-1910-1911-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb. 1928-ci ildə teatra dahi dramaturq Mirzə Fətəli Axundovun adı verilib. Həmin sənət məbədi 1959-cu ildən isə Akademik Opera və Balet Teatrı adlanır. Teatr sonuncu dəfə əsaslı surətdə 1987-ci ildə təmir olunub. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr BƏLLİ OLDU – SİYAHI

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr BƏLLİ OLDU – SİYAHI

İsrail ordusu bu ölkəyə girdi – VİDEO

İsrail ordusu bu ölkəyə girdi – VİDEO

Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu: Dağıntılar var – FOTO

Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu: Dağıntılar var – FOTO

"Formula 1" ilə bağlı piyada və sürücülərə XƏBƏRDARLIQ

"Formula 1" ilə bağlı piyada və sürücülərə XƏBƏRDARLIQ

Polis Hacıqabulda əməliyyat keçirdi – 2 nəfər TUTULDU – FOTO

Polis Hacıqabulda əməliyyat keçirdi – 2 nəfər TUTULDU – FOTO

Nazirlər Kabinetinin bu səlahiyyəti LƏĞV EDİLİR

Nazirlər Kabinetinin bu səlahiyyəti LƏĞV EDİLİR

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Sərnişin və yük daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Sərnişin və yük daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Elektron siqaretlərdən istifadə edənlər cərimə OLUNACAQ – MƏBLƏĞ

Elektron siqaretlərdən istifadə edənlər cərimə OLUNACAQ – MƏBLƏĞ

Valideynlər övladlarına bunları edə bilməyəcək - QADAĞALAR

Valideynlər övladlarına bunları edə bilməyəcək - QADAĞALAR

Daha bir qadın instaqram paylaşımlarına görə CƏZALANDIRILDI

Daha bir qadın instaqram paylaşımlarına görə CƏZALANDIRILDI

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Fazil Mustafa: “Bəzi qadınlar alimentə görə övlad dünyaya gətirib, boşanmaq istəyirlər”

Fazil Mustafa: “Bəzi qadınlar alimentə görə övlad dünyaya gətirib, boşanmaq istəyirlər”

Milli Məclis ombudsmanın illik məruzəsini QƏBUL ETDİ

Milli Məclis ombudsmanın illik məruzəsini QƏBUL ETDİ

Xocalıda ağır qəza - Hərbçi həlak oldu

Xocalıda ağır qəza - Hərbçi həlak oldu

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin imtahan vaxtı AÇIQLANDI

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin imtahan vaxtı AÇIQLANDI

Avropa Komissiyasının komissarı İlham Əliyevin QƏBULUNDA – FOTO

Avropa Komissiyasının komissarı İlham Əliyevin QƏBULUNDA – FOTO

Kanada Ər-Riyaddakı səfirliyini BAĞLAYIR

Kanada Ər-Riyaddakı səfirliyini BAĞLAYIR

Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO

Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO

İrandan Azərbaycana 615 nəfər təxliyə edilib – FOTO

İrandan Azərbaycana 615 nəfər təxliyə edilib – FOTO

SON DƏQİQƏ! İranda ZƏLZƏLƏ oldu – FOTO

SON DƏQİQƏ! İranda ZƏLZƏLƏ oldu – FOTO

İranda 168 şagirdin dəfn mərasimi keçirilir – VİDEO

İranda 168 şagirdin dəfn mərasimi keçirilir – VİDEO

Quba-Xınalıq yoluna qaya parçaları töküldü

Quba-Xınalıq yoluna qaya parçaları töküldü

Sığorta ilə bağlı ŞAD XƏBƏR – Faizlər kəskin AZALDILDI

Sığorta ilə bağlı ŞAD XƏBƏR – Faizlər kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO