“Azərbaycan üçün əla xəbər! Azərbaycanlı kinorejissor Rüfət Həsənovun "Daxildəki ada" tammetrajlı filmi Oskar mükafatına namizəd seçilib”.
Bizim.Media xəbər verir ki, bu informasiyanı özünün Facebook səhifəsində ABŞ-ın Azərbaycandakı Səfirliyi yayıb.
Mənbə qeyd edir ki, bu film Amerika kinematoqrafiya akademiyasının Xarici Dildə Ən Yaxşı Film nominasiyasında qısa siyahıya düşüb:
“Daxildəki ada” filmi əslən Azərbaycandan olan beynəlxalq şahmat qrossmeysteri Seymur Tahirbəyovun hazırkı dünya çempionuna qarşı mübarizə aparmaq şansı əldə etməsindən bəhs edir”.
Səfirlik sonda “filmə uğurlar arzulayırıq!” sözlərini yazıb.
Bizim.Media

