Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Bizim.Media xəbər verir ki, Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib.
 

Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır.


1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib.
 

1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır.


Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir.

Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ?

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ?

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Ququşdan İran xalqına çağırış

Ququşdan İran xalqına çağırış

Bayram günlərində metro bu qrafiklə işləyəcək

Bayram günlərində metro bu qrafiklə işləyəcək

İrandan xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

İrandan xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

Zaurun yerinə Nanə gəlir? - İDDİA

Zaurun yerinə Nanə gəlir? - İDDİA

Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ

Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

SABAHIN HAVASI - 20 dərəcə isti olacaq

SABAHIN HAVASI - 20 dərəcə isti olacaq

Lalə Azərtaşın bağlandığı iddia olunan verilişi DAVAM EDƏCƏK

Lalə Azərtaşın bağlandığı iddia olunan verilişi DAVAM EDƏCƏK

Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirdi – FOTO

Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirdi – FOTO

686 km-lik mağara digərlərindən fərqlidir: Unikal heyvanlar yaşayır

686 km-lik mağara digərlərindən fərqlidir: Unikal heyvanlar yaşayır

Bakıda 11-ci sinif şagirdi imtahan günü VƏFAT EDİB - ÖZƏL/FOTO

Bakıda 11-ci sinif şagirdi imtahan günü VƏFAT EDİB - ÖZƏL/FOTO

Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

Azərbaycanda hakimiyyət dəyişikliyinin sifarişi hansı ölkədən gəlib? – VİDEO

Azərbaycanda hakimiyyət dəyişikliyinin sifarişi hansı ölkədən gəlib? – VİDEO

Con Kennedinin Madonna ilə qalmaqallı romanı - Onilliklər sonra üzə çıxan DETALLAR

Con Kennedinin Madonna ilə qalmaqallı romanı - Onilliklər sonra üzə çıxan DETALLAR

Xaricdəki şantaj qrupunun görüntülərindən istifadə etdiyi qız kimdir? – VİDEO

Xaricdəki şantaj qrupunun görüntülərindən istifadə etdiyi qız kimdir? – VİDEO

End of content

No more pages to load

RADİO