Pakistanda Azərbaycan filmi niyə bəyənilmədi? – “Bu kafirlikdir!”

Mərhum kinorejissor Həsən Seyidbəylinin “Gördüyüm yerlər” adlı kitabında maraqlı qeydlər var. Onlardan biri də yolüstü Pakistanda olarkən bir şəxslə söhbətidir. Həmin səfər zamanı ona Kəraçidə sovet eksportfilmin nümayəndəsi Yuri Sinitsın bələdçilik edib.

Bizim.Media xəbər verir ki, Həsən Seyidbəyli yol qeydində hadisəni belə nəql edir:

“Yuri Sinitsının yaşadığı villa bir neçə otaqdan ibarətdir. Otaqların divarlarına sovet kinofilmlərinin xarici dillərdə buraxılış reklamları vurulmuşdu. Villada böyük havatəmizləyicilər işləyirdi. 

Sinitsın bir pakistanlı ilə qayıtdı.

Bu, ortaboylu, ortayaşlı, arıq bir kişi idi. Pakistanlı bizim bəzi filmlər haqqında çox mükəmməl danışırdı. Məlum oldu ki, o, filmlərin nümayiş etdirilməsi ilə məşğul olur. Özü də əsasən sovet filmlərinin.

Söhbət vaxtı pakistanlı (biz onun adını öyrənə bilmədik) Kəraçidə nümayiş etdirilmiş iki Azərbaycan filmindən danışdı. Bunlardan biri “Koroğlu”, digəri “Leyli və Məcnun” idi.

Bu filmlərin taleyi məni çox maraqlandırdığı üçün ondan soruşdum:

- Pakistan tamaşaçıları bizim filmləri necə qarşıladı?

- Əsasən çox yaxşı, - deyə kişi cavab verdi, - ancaq həmin filmlərdə müəyyən ixtisarlar etdikdən sonra ekrana buraxmışıq. 

Həmin ixtisarların nədən ibarət olduğunu soruşdum.

Pakistanlı dedi:

- Əsasən dini məzmunlu yerlər ixtisar olunub.

- Axı nə səbəbə? Məgər dini məsələlərdən danışmaq Pakistanda qadağandır?

- Yox qadağan deyil. Lakin dini məsələlərdən danışan sənətkar dini məsələrə yaxşı bələd olmalıdır. Aktyor heç olmasa Quranı əlində düzgün tutmalıdır. Onun hərəkətləri dəqiq olmalıdır. Sizin artistlər bunu düzgün edə bilmirlər. “Leyli və Məcnun” filmində isə Məcnunun Kəbəyə gəlməsi səhnəsini kəsmişik. Çünki Həcər daşında heç kəsin əksi görünə bilməz. Bu kafirlikdir!

Pakistanlı danışdıqca mənim içimdə etiraz oynırdısa, gülümsünüb susurdum...” (Yenisabah.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

End of content

No more pages to load

RADİO