Gövhər Həsənzadədən Elza Seyidcahana sərt REAKSİYA - “Elə o radiolardır evimizi yıxan”

Bu günlərdə Əməkdar artist Elza Seyidcahanın “ictimai nəqliyyatda yalnız radio dinlənilsin” fikri geniş müzakirələrə səbəb olub.

Sənətkar bildirib ki, avtobus və taksi sürücüləri yalnız radioya qulaq asmalıdırlar:

“Maariflənmə nəqliyyatdan, dayanacaqdan başlayır. Xalqımızın vaxtı da əsasən nəqliyyatda keçir. Avtobus sürücüsünün ixtiyarı yoxdur ki, öz xoşuna gələn musiqiyə qulaq assın. Eyni yanaşma taksi sürücülərinə də aiddir,” - deyə sənətkar vurğulayıb.

Mövzu ilə bağlı Bizim.Media əməkdar artist Gövhər Həsənzadə ilə əlaqə saxlayıb. Sənətkar məsələyə olduqca sərt reaksiya verib:

“Ümumiyyətlə, sürücü niyə radio dinləməlidir ki? Onun diqqəti yalnız yolda olmalıdır. Nə radio, nə də hər hansı musiqi səslənməlidir. Can daşıyan bir insanın fikri xəbərdə, musiqidə yox, ancaq və ancaq sükan arxasında olmalıdır,” - deyə Gövhər xanım bildirib.

O, şəxsi təcrübəsindən də danışaraq əlavə edib:

“Mən tez-tez taksidən istifadə edirəm. İndiyə qədər heç bir taksidə radioya rast gəlməmişəm. Bəzən musiqi səslənib, amma o qədər zəif səslə olub ki, heç eşitməmişəm. Hətta şəxsi sürücüm belə, mən avtomobilə əyləşəndə dərhal radionu söndürür,” - deyə Həsənzadə bildirib.

Sənətkar dinlənilən radioların da məzmununa diqqət çəkib:

“Bəyəm bütün radiolarda Azərbaycan xalq musiqisi səslənir? Əlbəttə ki, yox! Bayağı musiqilər, keyfiyyətsiz reklamlar, səviyyəsiz zarafatlarla dolu verilişlər, qıcıq doğuran qonaqlar bu radiolarda yer alır,” – deyə o, qeyd edib.

Gövhər xanım çıxışının sonunda daha bir məqama toxunub:

“Şəxsi avtomobillərdə gecə saatlarında yüksək səslə musiqi dinləyərək avtomobil idarə edənlər var. Onları gündəmə gətirin, tədbir görün. Yoxsa ki, radio məsələsini önə çəkmək və buna görə narahatlıq yaratmaq doğru deyil. Elə o radiolarda səslənən bayağı mahnılar evlərimizi yıxıb,” - deyə sənətkar qalmaqallı fikirlərini tamamlayıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

End of content

No more pages to load

RADİO