“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunacaq – FOTO

Artıq kinosevərlərin ixtiyarına verilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı 07 fevral 2025-ci il tarixdə, saat 18.00-da Laçın şəhərində “Lacinema” Kino Mərkəzində baş tutacaq.

Bizim.Media xəbər verir ki, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqları, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə vermək, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır.

Hesab edirik ki, film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq, məskunlaşan yerli əhali tərəfindən maraqla qarşılanacaq. Digər tərəfdən filmdə Zəngəzur mövzusu və Vətən Müharibəsi, şanlı Zəfərlə bağlı şüuralltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir.

 

Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur - Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır.


“Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir. Azərbaycan Televiziyası, “Şahdağfilm”, qardaş Türkiyənin “İkinciYeniFilm” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır. Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.

Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırırkən, İlqar Mehti isə Qara Sungur kimi ekrana çıxır. Digər əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqıfoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Cəngər Çavlı), Səmimi Fərhad (Vəzir El Həzni), Samir Qulamov (Gəncə), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi) və Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud), kimi azərbaycanlı sənətçilər də yer alır. Filmdə həmçinin, 300-dən çox aktyor epizodları canlandırıb. Ümumilikdə, yaradıcı heyətdə 500 nəfərdən çox insan çalışıb.

Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslər istifadə olunub. 1000-ə yaxın xüsusi geyimlər hazırlanıb, yüzlərlə əlbəsə, rekvizitlər, aksessuarlar istehsal edilib və satın alınıb. Filmin quruluşçu rejissoru özünün uğurlu işləri ilə tanınan Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahildir və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeniFimi” təmsil edən Furkan Bəslidir.

Qeyd edək ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin Qala gecəsi 03 dekabr 2024-cü ildə Heydər Əliyev Mərkəzində baş tutub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atası ona hər ay 1 milyon dollar cib xərcliyi verir

Atası ona hər ay 1 milyon dollar cib xərcliyi verir

Oman XİN başçısı: “Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır”

Oman XİN başçısı: “Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır”

"Baş məşqçi olmaq istəməzdim"

"Baş məşqçi olmaq istəməzdim"

Xəmir çox mayalanarsa nə olar?

Xəmir çox mayalanarsa nə olar?

Xanəndənin xəstəxanadakı VİDEOSU icazəsiz çəkilibmiş

Xanəndənin xəstəxanadakı VİDEOSU icazəsiz çəkilibmiş

Matçda dava düşdü, iki klub da CƏZALANDIRILDI

Matçda dava düşdü, iki klub da CƏZALANDIRILDI

Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA

Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Poqba Argentina klubuna KEÇİR

Poqba Argentina klubuna KEÇİR

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

End of content

No more pages to load

RADİO