“Atam anasını tapmışdı, sadəcə efirə çıxarmadı, son nəfəsində gedib görüşdü” – ŞOK AÇIQLAMA

Xalq artisti, tanınmış mərhum aktyor Arif Quliyevin oğlu Rövşən Quliyevin illər sonra etdiyi etiraf hər kəsi təəccübləndirib.

Bizim.Media xəbər verir ki, medianews.az-a verdiyi açıqlamada o bildirib ki, atası anasını tapdığını hər kəsdən gizlədib: 

“Anam danışırdı ki, 2012-ci il idi. Bir nəfər bizə gəlmişdi. Atam qapını açıb, amma həmin şəxsi evə dəvət etməyib. Həmin şəxs də atamın qardaşı, mənim əmim olub. Əmim atama deyib ki, anamızın son günləridir, səni istəyir, gəl gedək. Ünvan da Kubinka olub. Atam anama deyib ki, mən gedirəm. Gedib, anasını son dəfə görüb və evə qayıdıb. 


Anam da onun arxasınca gedib, amma həmin evi və şəxsi tapa bilməyib. Daha sonralar da anam Kubinkaya gedib, maraqlanıb, amma yenə də heç kimi tapa bilməyib. Onlar ara küçələrdən birində yaşayıb. Anam danışırdı ki, atan evə gələndən sonra gözlərində kədər hiss olunub. O, anasını son dəfə görüb və halallaşıb” deyə o bildirib.

Rövşən Quliyev bildirib ki, atası dünyasını dəyişən günə qədər bu haqda bir kəlmə belə danışmayıb:

“Anama sual verdim ki, əgər o qadın atamın anası olubsa, niyə biz bilməmişik? Anam da mənə dedi ki, sən deyəsən atanı yaxşı tanımırsan? O çoxdan anasını tapmışdı. Sadəcə heç kimə demirdi. O qadından başqa anası adı ilə efirə gələn bütün qadınları üzə çıxarmışdı. Nənəmin adı Böyükxanım olub. 

Belə düşünürəm ki, atam keçirdiyi ağır həyat tərzinə görə anasını bağışlaya bilmirdi. Çünki atam ömrünün 20 ilini küçədə keçirmişdi. Efirdə danışdıqları yalnız çətin və ağır həyatından bir hissə idi. Bir iz qalsaydı gedib heç olmasa atamın qohumlarından kimlərisə tapmaq olardı. Anam deyirdi ki, Kubinkada ara küçələr idi. Atam bu gün də yuxularımıza gəlir. Görürük ki, ağ paltardadır, bizə kənardan baxır, amma ona yaxınlaşmağımıza icazə vermirlər” deyə sənətkarın oğlu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bioloji yaşı necə hesablamaq olar?

Bioloji yaşı necə hesablamaq olar?

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

End of content

No more pages to load

RADİO