Azərbaycan film-nağılında “günəşli uşaqlar” çəkildi – FOTO

“Mən Daun sindromlu uşaqları cəmiyyətə inteqrasiya etmək üçün filmdə epizodik rollara dəvət edərək, layihəyə sosial istiqamət vermək qərarına gəldim”, - deyə Səbinə Zülalova “Marytale. İnkluziv Möcüzəllər” (“İnkluziv Sehr”) film-nağılın premyerası zamanı bildirib.

Bizim.Media xəbər verir ki, film yanvarın 8-də “CineMastercard” kinoteatrında nümayiş olunub.

Bədii film Azərbaycan Yazıçılar Birliyinin üzvü Səbinə Zülalovanın “Macenta” toplusundan “Meri tətillərdə” nağılı əsasında lentə alınıb. Filmdə ideya və sosial layihəyə dəstək verən Həmidə Ömərova və Azər Aydəmir kimi məşhur aktyorlar rol alıb. Çəkilişlərdə Daun sindromlu uşaqlar iştirak ediblər.

Layihə Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə yaradılıb.

Məqsəd cəmiyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətin bərabərhüquqlu üzvləri kimi qəbul etməyə təşviq etməkdir.



Filmin rejissoru Səbinə Zülalova, ikinci rejissoru Vüsal Həmdullayev, ssenari müəllifi Saimə Mədətova, operatorlar Emin Fərzəliyev və Orxan Qurbanov, səs rejissoru Ramal Rüstəmli, montajçısı Elnur Ehtiramoğlu, bəstəkarlar İmruzə Hüseynova və Leyla Məmmədovadır. Filmdə rolları Həmidə Ömərova, Azər Aydəmir, Səbinə Zülalova, Səimə Mədətova, Rəhim Cavadov, İsmayıl İsmayılov, Zərifə Hətəmova və Ayan Bəydiyeva ifa ediblər.

Tədbirdə çoxlu sayda qonaq - dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, sosial işçilər, mədəniyyət xadimləri və yaradıcı ziyalıların nümayəndələri iştirak edib.

Gecənin əvvəlində Milli Məclisin deputatı Vüqar İsgəndərov, Əməkdar incəsənət xadimi Oqtay Babazadə, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, filmdə baş rollardan birini canlandıran aktyor Azər Aydəmir və “Qayğı-Sağlam nəsil naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu şəxslər üçün Reabilitasiya Mərkəzinin həkim-pediatrı Könül Süleymanova salamlama nitqi ilə çıxış ediblər.

Daun sindromlu şəxslər üçün Reabilitasiya Mərkəzinin şagirdləri də hərəkətli rəqs nümayiş etdirərək tamaşaçılar qarşısında çıxış ediblər.

Filmin çəkilişləri Qəbələdə keçib. Mələk rollarını üç “günəşli” uşaq ifa edib: İsmayıl, Zərifə və Ayan. Kar-lal sənətkarı Səbinə Zülalovanın qızı, eyni zamanda filmin ssenari müəllifi və subtitrlərin tərcüməçisi Saimə Mədətova ifa edib.

Azərbaycanın Xalq artisti Həmidə Ömərova AZƏRTAC -ın müxbiri ilə söhbətində layihədə iştirakla bağlı təəssüratlarını bölüşüb.



“Bu, çox maraqlı təcrübə idi. İşləmək çox xoş idi, mən böyük həzz aldım. Kiçik yaradıcı kollektivimiz var idi, çəkilişlər gözəl, rahat nağıl evində gedirdi, ətrafda maraqlı insanlar var idi.

Bu müəllif filmidir. O çox estetik alındı. Bu adi nağıl deyil, bu, daha çox böyüklər üçün nağıldır.

Səbinə Zülalova özünü qeyri-adi yaradıcı insan kimi göstərdi: o, həm nağılın müəllifidir, həm də filmin rejissoru kimi çıxış edib, həm də filmdə çəkilib – bu, asan deyil, amma o öhdəsindən gəldi! Mən onun zəhmətkeşliyinə və müxtəlif maraqlara, qabiliyyətlərə, biliyə malik olmasına heyranam. Prosesdən gözəl təəssüratlarım qalıb”, - deyə Həmidə Ömərova qeyd edib.

AZƏRTAC -ın müxbiri ilə söhbətində Səbinə Zülalova layihə üzərində işlərin necə getdiyindən danışıb: “Uzun müddətdir ölkəmizdə film-nağıllar çəkilmirdi, indi bu sahədə Azərbaycanda bir boşluq var. Layihəni davam etdirmək, yəni başqa nağılları da ekranlaşdırmaq istəyirəm. Təbii ki, bu, müəyyən strukturlardan dəstək tapa biləcəyim təqdirdə mümkün olacaq. Biz bu filmi festivallara da göndərməyi planlaşdırırıq. Bu, mənim xüsusi uşaqlarla ilk işim deyil. Mən möcüzəvi şəkildə onlarla ortaq dil tapıram, mən onlarla yaxşı ünsiyyət qururam. Uşaq aktyorların valideynləri uşaqlar qeyri-adi mühitdə olduqları zaman özlərini sakit hiss etmələri üçün çəkiliş meydançasında olublar. Biz hər şeyi elə təşkil etdik ki, çəkiliş zamanı uşaqlar rahat olsunlar”.



Səbinə Zülalova mədəniyyət xadimi, dizayner, yazıçı, fərdi sahibkar, sosial layihələrin müəllifi və təşkilatçısıdır. Bu, Səbinə Zülalovanın kinoda artıq üçüncü işidir, daha əvvəl o, “Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı” çərçivəsində “Kino deyil” və “İki cahan” iki qısametrajlı film və sosial-mədəni mövzulara dəstək olan bir neçə videolayihə: selektiv abortlara qarşı “Yaşadaq” və “İşıq Festivalı. Nizami Gəncəvi” çərçivəsində “Yeddi gözəl”i çəkib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bioloji yaşı necə hesablamaq olar?

Bioloji yaşı necə hesablamaq olar?

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

End of content

No more pages to load

RADİO