“Rafiq müəllim gələn həftənin birinci, ya ikinci günü Almaniyaya gedəcək. Hazırda viza işləri həll olunur. Səhiyyə Nazirliyi bu işlə məşğul olur. Şəxsən Mehriban xanım Əliyevanın tapşırığıdı. Çox sağ olsun, ona çox minnətdarıq.
Səhhətində heç bir irəliləyiş yox idi. Nə yaxşıya,xa0 nə də pisə doğru bir dəyişmə hiss olunmurdu. Ona görə də bizim Almaniyaya getməliyik”x9d.
Bunu Moderator.az-a açıqlamasında uzun müddətdir ki, ağciyər xərçəngi, bağırsaq problemixa0 və ayaq şişindən əziyyət çəkən Xalq artisti, diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova bildirib.xa0
Qeyd edək ki, Xalq artisti 2013-cü ildən bu yana mütəmadi olaraq, qardaş Türkiyə Cümhuriyyətində müayinə və müalicə olunur. Bu müddət ərzində bir neçə dəfə əməliyyat edilib. Son əməliyyat isə ötən ay olunub. Ondan sonra isə Xalq artisti Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunurdu.
Elmin Nuri