2-ci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Ana tarla" əsəri səhnələşdirilib.
Bizim.Media xəbər verir ki, tamaşada baş rolu əməkdar artist Hüsniyə Mürvətova canlandırıb.
Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur. Tamaşada Böyük Vətən müharibəsi illərində bir ailənin faciəsi təsvir olunur.
Tamaşanın sonunda Qırğız Respublikasından olan nümayəndələr aktyorlara xatirə olaraq xalça bağışlayıb.
Xatırladaq ki, festivalın 5-ci günü Qırğız ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.
Bizim.Media