İyunun 5-də Bakıda Bizim.Media-nın da dəstəyi ilə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı start götürüb.
Tədbirin ilk günündə Bizim.Media-nın masasında şair Akif Məftun Tofiqoğlu və şairə Rəfiqə Qasımqızının kitablarının imza mərasimi keçirilib.
Eyni zamanda ədiblərin əsərləri oxuyuculara nümayiş etdirilib.
Qeyd edək ki, festivalın ilk günü Azərbaycan ədəbiyyatına həsr olunub. Festival iyunun 11-dək davam edəcək.


Bizim.Media