Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - FOTO

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Festivalın proqramına uyğun olaraq səhər saatlarında tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.

Bizim.Media xəbər verir ki, “Qarabağ” otelinin qarşısında təşkil olunan tədbirdə altı Türk dövlətinin mətbəx və sənətkarlıq nümunələri sərgilənir.

Dövlət rəsmilərinin, respublikanın tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin ziyarət etdikləri təqdimat hər kəsdə xoş təəssürat yaradıb.

Əməkdar artist Emil Əfrasiyab Şuşada ilk dəfə olmaqdan məmnunluq duyduğunu ifadə edib:

“İlk dəfədir ki, Azərbaycanın dilbər guşəsi, mədəniyyət paytaxtımız Şuşadayam. Çox unudulmaz hislər keçirirəm. Sanki yuxudayam. Bu günləri bizlərə, Azərbaycan xalqına yaşatdığı üçün Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, çox önəmli, unudulmaz günlərdir. “Heydər Əliyev İli”ndə təşkil olunan tədbirin Şuşada keçirilməsi də olduqca əlamətdardır. Belə möhtəşəm konsertdə iştirak etmək biz musiqiçilər üçün olduqca böyük şərəfdir”.

Şuşaya dördüncü dəfədir gəldiyini söyləyən Xalq artisti Ənvər Sadıqov hamı kimi gözəl əhval-ruhiyyədə olduğunu qeyd edib:

“Hər dəfə elə bilirəm ki, bu müqəddəs torpağa ilk dəfə ayaq basıram. Bu Qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandana və rəşadətli Ordumuza minnətdarıq. Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirik və xalqımız heç vaxt onları unutmayacaq. İnanıram ki, Zəfərimiz əbədi olacaq. Cıdır düzünə ilk dəfə qalxanda keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm. Şuşada olmağın özü elə bir duyğudur ki, gərək onu yaşayasan, hiss edəsən. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ etmişik, tanıtmışıq, lakin Şuşada konsert vermək, çıxış etmək başqa bir aləmdir. Çox qürurluyam ki, bu gün Şuşadayam, belə möhtəşəm bir konsertdə iştirak edirəm”.

Türkiyəli aşpaz Ahmet Yetimova da Azərbaycanda olmaqdan qürur hissi keçirdiyini deyib.

“Şuşaya gəldikdən sonra çox duyğulandım. Azərbaycan bizim ana Vətənimizdir. Bu torpaqların işğaldan azad olunması bizlərə də qürur hissi yaşatdı. Azərbaycana ilk dəfədir gəlirəm. Şuşanı bizim Qara dəniz bölgəsi ilə müqayisə edirəm. İnanırıq ki, Qarabağın çox böyük gələcəyi var. Tədbir başlayandan müşahidə edirəm ki, gələn hər kəs gözəl əhval-ruhiyyədədir. Türk xalqlarının taamlarının və sənətkarlıq məhsullarının festival çərçivəsində nümayiş olunması bir ayrı gözəllikdir”, - deyə türk qonaq bildirib.

Sonra Xan qızı Natəvanın evinin həyətində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Dəli Domrul” tamaşasının premyerası olub.

“Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi–Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Qeyd edək ki, Festival günlərində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək.
Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olacaq.

Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələrin, regionun türkdilli ölkələrinin və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər.

Üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

 








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

End of content

No more pages to load

RADİO