Türk Ədəbiyyatı Vaqfı Xalq yazıçısı Anar haqda iki kitab yayımlayıb

Bu günlərdə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatı olan Türk Ədəbiyyatı Vaqfında “Tedev” Yayınlarından Xalq yazıçısı Anar haqqında iki yeni kitab işıq üzü görüb. İmdat Avşarın tərtibatı ilə məqalələr toplusu – “İki əsrin qovşağında bir yazar: Anar” və Pərvin Nurəliyevanın müəllifi olduğu “Çağının önündə bir yazar: Anar”.

Bizim.Media xəbər verir ki, birinci kitab Türkiyənin önəmli söz-sənət adamlarının, alimlərinin yazıçının 85 illik yubileyinə yazdığı məqalələrdən ibarətdir.

Burada Əli Yavuz Akpınar, Ataol Bəhramoğlu, İsa Həbibbəyli, Yəhya Akengin, Nəsrin Qaraca, Əhməd Bican Ərcilasun, Fikrət Türkmən, Yaqub Çelik, Əli Abdin Qaraca, Gökhan Tunc, Gülzar Məmmədova, Abuzər Bağırov, İmdat Avşar kimi türk dünyasının önəmli imzalarının yazıçının həyatı və yaradıcılığını incələyən yazıları yer alıb.
Pərvin Nurəliyevanın kitabında isə Anarın Türk dünyası qarşısında  xidmətləri və ümumtürk ədəbiyyatına aid araşdırmaları haqqında məqalə-esseləri yer alıb. Kitabı Türkiyə türkcəsinə çevirən yazıçı-tərcüməçi, “Türk Ədəbiyyatı dərgisi”nin baş redaktoru İmdat Avşardır.

Türk Ədəbiyyatı Vaqfının rəhbəri, şair Sərhat Kabaklı bu cür kitabların çapının son dərəcə vacib olduğunu bildirib:

“Beş il öncə İstanbulda Ustad Anarın 80 illik yubileyini qeyd edəndə demişdik ki, əziz dostumuz çox yaşasın, yaratsın, biz də onun növbəti yubileylərin təbrik edək. Bu dəfə yubiley çərçivəsində işlərimiz daha genişdir. Arzumuz odur ki, Anarımızı yeni nəsil türk oxucusu tanısın, sevsin. Anarımız deyirəm, ona görə ki, Anar bütün türk dünyasının ortaq dəyəridir. Həm Pərvin Nurəliyevanın kitabından, həm də İmdat Avşarın tərtib etdiyi məqalələr toplusundan bir daha anladıq ki, Anar qardaş xalqların və onların ədəbiyyatının yaxınlaşması üçün necə böyük işlər görüb. Mən əziz Anar müəllimi təbrik edirəm. Qalan ürək sözlərimi Türkiyədə, İstanbulda düzənləyəcəyimiz tədbirlərdə deyəcəm...”

Kitabların tərtibatçısı və tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi  İmdat Avşar bu il Türkiyədə Anar yubileyi ilə bağlı planların geniş olduğunu bildirib:

“Ustadın yubileyinə həsr etdiyimiz bu iki kitab görmək istədiyimiz işlərin uğurlu bir başlanğıcıdır. Arzum o idi ki, bu dəfə yeni yazılar qələmə alınsın, yeni kitablar çıxsın. Tərtib etdiyim kitabda imzası olan hər kəs öz tanıdığı, sevdiyi Anarı təqdim edir türk oxucusuna.
Hal-hazırda Ustadın nəsr əsərlərini də Türkiyə türkcəsinə yenidən çevirirəm, yaxınlarda üç romanı çapdan çıxacaq İstanbulda.

Anar Türk dünyasının yaşayan Dədə Qorqud ödülünün sahibidir. Məhz belə dəyərlərimizi təbliğ etməyə, gənc nəsilə tanıtmağa ehtiyac var. Bu işlərdə böyük çabalar göstərən, hər cür dəstəyini əsirgəməyən əziz Sərhat Kabaklıya, Türk Ədəbiyyatı Vaqfı ailəsinə çox minnətdaram...”.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüqar Qurbanovun səhvi nə idi?

Vüqar Qurbanovun səhvi nə idi?

Qəzzada HƏMAS-ın kəşfiyyat rəhbəri öldürüldü

Qəzzada HƏMAS-ın kəşfiyyat rəhbəri öldürüldü

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

Nərdivandan yıxıldı, həyatını itirdi

Nərdivandan yıxıldı, həyatını itirdi

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

"Maska" şousu bu tarixdə BAŞLAYIR

"Maska" şousu bu tarixdə BAŞLAYIR

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO