Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruzov ötən gecə saat 23:00 radələrində müalicə aldığı klinikada vəfat edib.
Bizim.Media xəbər verir ki, sənətkarla vida mərasimi aktyorun evində keçirilib.
Ramiz Novruzovun nəşi mənzilindən çıxarılaraq dəfn olunmaq üçün Qurd Qapısı ərazisində yerləşən İkinci Fəxri Xiyabana aparılıb.
Rəşad Əliyev, Bizim.Media