“Serial çəkənləri özbaşına buraxmaq olmaz” - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda son zaman çəkilən serialların siyahısını istənilən qədər uzatmaq olar, mahiyyəti bir şey olmasa da.  

Bir neçə il bundan əvvəl, yerli seriallar çəkək, deyə xarici serialların yayımı qadağan edildi. Və bundan sonra arxa-arxaya çəkilən serial bənzətmələrinin içindən, bir neçəsini çıxmaq şərtilə qalanlarının nə demək istədiyini başa düşmək mümkün olmadı. Təəssüf ki, bu gün efiri başına alan bu seriallarda nə süjet xətti, nə normal danışıq üslubu, nə də ki, ötürmək istədiyi mesaj var. O seriallardan bir örnək - “Bir qadın” adı verilən “seriala” baxanda nə görürük? Hamı bir-birinə qışqırır, ailədə nə böyük bilinir, nə kiçik. Heç kim bir-biri ilə normal ünsiyyətə girmir.

Evin anası, yaşlı-başlı xanım öz övladları ilə danışanda ən yaxşı halda “Yaxşı edirəm, azz. Əcəb edirəm.

Nə istəyirəm onu da edirəm...”, “O restoranı sənin gözüvə soxaram...” kimi ifadələrlə danışır. Ümumiyyətlə, ana balaya, gəlin qaynanaya, qardaş bacıya, oğul anaya ağzına və ağlına gələni deyir. Əvvəldən axıra gərgin musiqi fonunda çığır-bağır, vəssalam. 

Çoxumuz bu mövzulardan söz düşən kimi “Azərbaycan televiziyalarını izləmirik”-deyib yaxasını kənara çəkir. Amam yalandır, bu seriallarla kifayət qədər beyni, əxlaqı zəhərlənən kütlə yaranıb artıq.

Audiovizual Şurasından qurumun Aparat rəhbəri Fazil Novruzov məsələyə müansibət bildirib. Bizim.Media-nın bu gün efirdə yayımlanan serialların vəziyyəti ilə bağlı ünvanladığı suala Novruzov cavab olaraq bildirib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir:

“Yəni, audiovizual yayımçılar hər hansı bir mövzuda proqram (o cümlədən, serial, film və s.) hazırlayarkən və ya sifariş edərkən redaksiya müstəqilliyi prinsiplərinə uyğun olaraq onun mövzusunu, üslubunu və digər xüsusiyyətlərini müəyyənləşdirməkdə sərbəstdirlər. Qeyd olunan proqramlarda (o cümlədən, serial, film və s.) sanksiya nəzərdə tutulmuş qanun pozuntusu faktı halı aşkarlandıqda Şura tərəfindən qanunla müəyyən edilmiş səlahiyyətlər daxilində müvafiq tədbirlər görülür”.

Bəs, bu məsələ ilə bağlı ekspertlər nə düşünür?

Sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu bizə açıqlamasında bir sıra məqamlara toxunub: 

“Təəssüf ki, bizim serial yaradanların əksəriyyəti onun mahiyyəti, yaradılma səbəbi ilə bağlı məlumatsızdırlar. Vaxtilə serialların yaradılmasında psixoloq və sosioloqların çox ciddi rolu olub. Əvvəllər filmlər uzağı 3 serialı olurdu. Sonradan seriallar meydana çıxdı.  Mütəxəssislər-sosioloq, psixoloqlar düşündülər ki, əhalinin arasında elə adət-ənənələr, vərdişlər  var ki, onu dəyişməyə ehtiyac var.

Yəni, elə mənfi şeylər var ki, onu ortadan çıxarmaq, ya da müsbət nələrisə yaratmaq lazımdır. Və bu teleseriallar ona görə çoxserialı olur ki, əhali arasında ideyaları gündə bir qədər və damcı-damcı yayır. İnsanlarda neqativ mentalitet, davranış, hər hansı hadisəyə münasibət dəyişir. Bu amil teleserialın yaranmasının əsas fəlsəfəsidir. Amma bizdəkilər elə bilir ki, caamatın başını qatmaq üçün serialları uzatmaq lazımdır”. 
Ekspert qeyd edib ki, serial çəkənlərimiz bu işin fəlsəfəsini yaxşı bilmədiklərindən bir az Türkiyədən, bir az Venesuela, Kolumbiya və Amerikadan köçürür, guya maraqlı nəsə edir, gərginlik yaradırlar və s. 

Əslində onların etdiklərinin teleseriala dəxli olmadığını deyən Əhməd Qəşəmoğlu serialın dərman kimi təsirindən bəhs edib: 

“Serial dərman kimi bir şeydir. Dediyim kimi, serallar insanların psixologiyasında xüsusi olaraq davranışların dəyişdirilməsi üçün nəzərdə tutulub. Seriallardan əhali arasında düşməncəsinə də istifadə etmək olar, ya da əksinə. Hər bir xalq dərindən düşünməlidir və elə seriallar yaratmalıdır ki, əhalinin xarakterində olan mənfi halları dəyişdirsin. Seriallar o qədər bədiiləşmiş şəkildə olmalıdır ki, insanların xarakterinə təsir edə bilsin”. 

Teleserialı yalnız kino işçiləri yarada bilməz... 

Müsahibimiz deyir ki, “Mən yaxşı rejissoram, gözəl serial çəkəcəyəm” düşüncəsi yanlışdır. 
Onun sözlərinə görə, rejissor serial yaradanda psixoloq, sosioloq, sosial işçi ilə, ən azından məsləhətləşməli, birlikdə iş aparmalıdır: 

“Teleserialı yalnız kino işçiləri yarada bilməz. Bizdə isə belə deyil. Ona görə serial yaradanlar özləri də axıra kimi nə etməli olduqlarını bilmirlər. Bu xaotiklik də ona görə yaranır. Bu istiqamətdə çox ciddi iş aparılmalıdır”.

Şuranın qarışmaması doğru deyil... 

Sosioloq bildirib ki, Şuranın yaradıcılıq işlərinə qarışmamaqla bağlı səsləndirdiyi fikir doğru deyil: 

“Mənim adımdan bunu səsləndirə də bilərsiniz ki, sosioloq qurumun səhv etdiyini deyir. Yaradıcılığa qarışmıram nə deməkdir? Bu əhalinin mənəviyyatına təsir edən bir vasitədir. Elə bil ki, kimsə havanın ekologiyasını çirkləndirsin, əlaqədar nazirlik də desin ki, yox mən bu işə qarışmıram. Bu iş ümumxalq işidir və ciddi əhəmiyyət daşıyır.

Ona görə də Mədəniyyət Nazirliyinin də, Şuranın da, humanitar siyasətlə məşğul olan idarələrin də bu işlə maraqlanmaq, doğru olmayana qarışmaq borcudur. Bu diqqət mərkəzində olan məsələ olmalıdır.
Kimin kefi necə istədi, mən yaradıcıyam, rejissoram belə bir şey yaratmışam, belə olmaz. Yaradırsan, get nəsə maraqlı bir şey yarat. Mənə təsir edən bir şey var ki, son vaxtlar Orta Asiya ölkələri, elə qonşularımız özləri də bizdən daha yaxşı seriallar yaradırlar. Təəssüf ki, bizə bu işlər başlı-başına buraxılıb”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

End of content

No more pages to load

RADİO