Qardaş Türkiyənin məşhur simaları Azərbaycana qarşı sevgilərini hər an hiss etdirmədədirlər.
Bizim.Media xəbər verir ki, bu addımları ilə onlar xalqımıza və Ordumuza dəstək olduqlarını göstərirlər. Azərbaycana dəstəyini bildirən türkiyəli daha bir məşhur İbrahim Tatlısəsdir.
Sənətçi İnstaqram səhifəsində video paylaşaraq yazıb: “İki millət bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, Azərbaycan!”.
Bizim.Media