Moderator.az xəbər verir ki, bu gün Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin konsert zalında Azərbaycan Respublikası gənclər fondu tərəfindən Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi keçirilib.
Müsabiqəyə ilk olaraq 50 nəfər gənc vokalçı qatılıb. Onların arasından 15 nəfər II mərhələyə keçib. II mərhələdə 10 nəfər gənc vokalçı seçilib.
Bunlardan Mirməhəmməd Adıgözəlli, Riyad Cıbrayılov, Murad Abdalov, Zeynəb Aslanova və Rəvan Alməmmədli daha çox fərqləniblər.
Namiq