Bakıda qışda ağac bar verib.
Moderator.az-ın məlumatına görə, qeyri-adi təbii hadisə paytaxtda, 9-cu mikrorayon Adil Məmmədov küçəsində (keçmiş Mir Cəlal küç.) qeydə alınıb.
Ətrafda yaşayan sakinlər ağacın üzərində tumurcuqlar olduğunu və əncir ağacının bar verdiyini deyirlər. Ağacın yenidən çiçək açması paytaxt sakinlərini heyrətə gətirib.