Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel

“O, meydanda ildırım kimi sürətli və çox cəsarətli biriydi. Onda bu xüsusiyyətlərə sahib qolkiper tapmaq çətin idi və ona görə də dünyanın ən yaxşısı idi”. Bu fikirlər “Mançester Yunayted’in canlı əfsanəsi Ser Aleks Ferqyussona aiddir. Ferqyussonun onun haqda hər dəfə belə tərifli ifadələr işlətməyi normal idi, çünki o illərdə “Yunayted”in İngiltərə futboluna dominantlıq etməsindəxa0Peter Şmeyxelxa0bir qolkiper kimi əvəzsiz rol oynayırdı.xa0

Şmeyxelin “Mançester Yunayted”də son matçında - Çempionlar Liqasının finalında kapitan kimi meydana çıxması və vurduqları iki qolla qalib olmaları hələ də futbol aləmi tərfindən unudulmayıb.

xa0xa0

Həyatı və futbola ilk gəlişi

xa0

1963-ci ildə Danimarkanın Qladsaxe bölgəsində dünyaya gələn Peter futbola 8 yaşında başlayıb. İlk klubu “Hoje-Qladsaxe”də Şmeyxel diqqətləri özünə çəkə bilir. Qısa müdətdə ölkənin ən böyük futbol akademiyalarından biri olan olan “Hero”ya transfer olunur. Akademiyadan da əsas komandaya yüksələn Şmeyxel burada ilk məşqçisi Svend Hansen ilə tanış olur. Hansen komandanın aşağı liqaya düşməsi dəqiqləşəndən sonra oyunlarda gənclərə şans verməyə başlayır. Bir sonrakı mövsüm klubun aşağı liqaya düşməməsi üçün son matçda qalib gəlməsi lazım olur və Şmeyxel matçda mükkəmməl oynayır, onlar qalib gəlirlər. Oyunun ardından məşqçinin qızı Bente onu təbrik edir və o tanışlığın sonu evliliklə bitir.

xa0

Canlı əfasanə olmağa gedən yollar

xa0

Daha sonra Danimarkanın ən böyük klublarından “Brondbü” ilə müqavilə imzalayır. 1987-ci ildə “Brondbü” çempionatə qalib başa vurur. Bundan sonra Şmeyxel də Danimarka milli komandası ilə ilk dəfə debüt edir. Artan performansı onu 1988-ci ildə Avropa Çempionatında millisinin qapısını qorumağa gətrib çıxarır.

xa0

Möhtəşəm transfer və nailiyyətlər

xa0

6 avqust 1991-ci ildə Şmeyxel karyerasının ən möhtəşəm transferini həyata keçirir və “Qırmızı şeytanlar”la müqavilə bağlayır. 1991-1992-ci il xa0mövsümündə “Mançester Yunated” çempionatda ikinci olur və Liqa kubokunu klub tarixində ilk dəfə qazanır. “Yunated” 26 ildir çempionatda qalib ola bilmirdi. Çempionluğa namizəd “Aston Villa”nın son oyundaxa0 gözlənilməz məğlubiyyəti, “Mançester Yunayted” – “Bləkbörn” matçında azerkeşləri klubun çempionluğuna inanmağa başlayır. Peter bu matçla bağlı belə deyib:

“İlk 10 dəqiqə çox pis oynadıq və 0:1 hesabı ilə uduzurduq, hamı bir-birinə baxırdı və daha sonra dedik ki, biz ilk Premyer Liqa çempionuyuq, belə oynaya bilmərik. O andan sonra mövsümün ən yaxşı futbolunu oynamağa başladıq”.xa0

İnanılmaz “Old Trafford” atmosferində çempionluq kuboku Erik Kantona və Şmeyxelin əlində havaya qalxır. Bu uğurdan sonra yenidən 1993-cü ildə “Dünyanın ən yaxşı qolkiperi” adına layiq görülür.

xa0

Avropa çempionluğu və əfsanə qurtarış

xa0

Sonrakı uğur isə Danimarka millisi ilə 1992-ci il Avropa Çempionatının qalibi olması idi. Yarımfinalda hollandiyalı əfsanə Marko van Bastenin penaltisini qaytaran qapıçı ölkəsini çempionluğa inadırır və finalda Almaniyanı 2-0 hesabı ilə məğlub edib çempion olurlar. Həmin il Şmeyxel “Dünyanın ən yaxşı qapıçısı” seçilir.

xa0

“Yunayted” karyerasının möhtəşəm sonluğu

xa0

1998-ci ildə Fransadakı Dünya Çempionatından sonra 35 yaşlı qapıçı klubuna yorğun qayıtmışdı. Bir mövsüm daha oynaya biləcəyindən əmin olmadığınıxa0 klub prezidentinə bildirir və o da “bu, sənin üçün son mövsüm, yaxşı bir mövsüm olsun” deyir. 1998-1999-cu il mövsümü Peterin “Qırmızı Şeytanlar”daki möhtəşəm karyerasının son ili olur. Bu mövsümdə Premyer Liqa və Federasiya kuboklarının ardından “Bavariya” ilə Çempionlar Liqası finalında qarşılaşır. Kapitan Roy Kin cəzasına görə oynayamayacağı üçün Aleks Ferqyusson kapitanlığı klubdakı son matçına çıxan Şmeyxelə verir. Dünya futbol tarixinin yaddaşından silinməyən bu matç son dəqiqələrinə qədər “Bavariya”nın 1-0 hesablı üstünlüyü ilə davam edirdi. Amma həmin mövsümdə “Yunayted” klubu bir neçə dəfə güclü bir xarakter göstərib son dəqiqə qolları ilə qalib gəlmişdi. Bu oyunda da iki künc zərbəsi sayəsində qol vuran “Qırmızıxa0 Şeytanlar” möhtəşəm geridönüşlə qalib olaraq, kuboku kapitanın əllərində havaya qaldırdı. O, son mövsümündə qazandığı 3 kubokla əfsanəsi olduğu klubla vidalaşır.

xa0

Qeyd edək ki, Şmeyxel “Yunayted” klubunda 8 mövsüm keçirib.

xa0


39 yaşında futboldan getdi

xa0

Şmeyxel sonra “Sportinq Lissabon”da 2 il keçirdi və 38 yaşı olanda qolkiper bəzi Premyer Liqa klublarından təkliflər aldır. Nəticədə “Aston Villa” ilə müqavilə bağladı, hətta burda 1 qol da vurdu. Sonra qapıçı 39 yaşında yenidən Mançester şəhərinə qayıtdı, amma bu dəfə Premyer Liqaya yeni yüksələn “Mançester Siti”yə transfer olundu. Və 1 mövsüm burda oynadı.xa0
Yeni klubunda ilk dəfə “Yunayted”ə rəqib olan Şmeyxeli görən rəqib futbolçu Harri Nevil onun xəyanət etdiyini deyir, qolkiper isə bu reaksiyaya normal yanaşır: “Çünki mən də onun kimi reaksiya verərdim”.
Oyunqabağı məşqdə zədələnən Şmeyxel matça çıxa bilmir. O sonra açıqlama verir ki, “həyatımda yeganə zədəydi ki, mən sevinirdim, çünki oyuna çıxa bilməyəcəkdim”.xa0
“Mançester Siti” onun karyerasındakı son klub oldu.xa0


Şmeyxlin kubokları:

xa0

Karyerasında 1 dəfə Çempionlar Liqasında, 1 dəfə UEFA Super Kubokunda, 5 dəfə Premyer Liqada, 3 dəfə Danimarka çempionatında, 1 dəfə Portuqaliya çempionatında, 3 dəfə Federesiya kubokunda və 1 dəfə Liqa kubokunda qalibxa0 olub. Əfsanəvi qapıçı karyerasını bu ifadələrlə bitirib: “Karyeramın hər anından məmnunam. “Mançester Yunayted’də oynamaq bütün həyatım boyu arzum olub və burda oynadığım üçün özmü çox xoşbəxt hiss edirəm”.

xa0

Peter Şmeyxelin oğlu Qasper Şmeyxel hazırda Danimarka milli komandası və “Lester Siti’nin qapısını qoruyur.(Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" – VİDEO

"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" – VİDEO

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

Sevgilisi ilə Tbilisiyə getdi, xalası oğlu tərəfindən öldürüldü – Azərbaycanlı qızın qətlinin TƏFƏRRÜATI

Sevgilisi ilə Tbilisiyə getdi, xalası oğlu tərəfindən öldürüldü – Azərbaycanlı qızın qətlinin TƏFƏRRÜATI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı

Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı

Meksikada qələbə sevinci faciə ilə nəticələndi - VİDEO

Meksikada qələbə sevinci faciə ilə nəticələndi - VİDEO

Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

Zamin Zəki ilə bağlı QƏRAR VERİLDİ

Zamin Zəki ilə bağlı QƏRAR VERİLDİ

Trampın jurnalistlə dialoqu: “Qazanıram, çünki çoxlu pulum var" – VİDEO

Trampın jurnalistlə dialoqu: “Qazanıram, çünki çoxlu pulum var" – VİDEO

Lyayen: “Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək üçün Bakıdayam” - FOTO

Lyayen: “Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək üçün Bakıdayam” - FOTO

Ötən ay PUA ilə dövlət sərhədindən keçirilən 47 kiloqram narkotik aşkarlanıb – RƏSMİ

Ötən ay PUA ilə dövlət sərhədindən keçirilən 47 kiloqram narkotik aşkarlanıb – RƏSMİ

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır

Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır

End of content

No more pages to load

RADİO